Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Zamanı söymənin haram olması)

1.Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir. (Çünki) dəhr (1) Mənəm. Hər şey Mənim əlimdədir, gecəni gündüzə, gündüzü də gecəyə çevirən Mənəm!»
(əl-Buxari 97. Kitəbut-Tövhid 35 (4826, 6937, 7053, 7491).)


(1) İbn Teymiyyə demişdir: «Dəhr zamandır. Hər kəs zamanı söyərkən, müsibəti onun başına gətirəni qəsd edir və beləliklə, bu söyüşü Allaha aid edir. Çünki həqiqətdə bu müsibəti onun başına gətirən Allahdır. Deməli: «Dəhr Allahdır» - dedikdə, dəhrə aid etdiyi hər bir şeyin Allaha aidliyi qəsd edilir». Sarimul-Məslul 3/ 922.

2.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Sizdən biriniz: «Ey ziyankar dəhr!» - deməsin. (Çünki) Allah  deyir: «Dəhr Mənəm. Gecəni və gündüzü göndərən də Mənəm. İstəsəm onları yox edərəm». Sizdən biriniz üzümə: «Səxavətli» - deməsin. Çünki «səxavətlidir» müsəlman adama deyilir».
(əl-Buxari «Ədəbul-Mufrad» 770. əl-Albani səhih olduğunu bildirmişdir.)


Tarix: 25.04.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Hedisler
loading...