Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox saqqız çeyniyənlərin diqqətinə

Bildiyimiz kimi, saqqız çeynəmək çürük dişin əmələ gəlməsini aşağı salaraq, dişlərin sağlam olmasına kömək edir.
Lakin, çox saqqız çeynəmək zərərli hesab olunur. Həmin insanların çənə oynağında müəyyən narahatlıqlar yaranır.

Türkiyənin İstanbul Universitetinin Prof. Dr. Serhat müsahibəsində bildirib ki, çənə nahiyəsində problemi olanlarda və ya səs gələnlərdə, həmçinin qulağı narahat olmadığı halda qulaqda ağrı hiss edənlər, üz çənə mütəxəssisinə müraciət etməlidir. Onun sözlərinə görə zəif qadınlarda çənə narahatlıqları daha çox görülür.
Çox saqqız çeynəyənlərin çənə quruluşunda olan oynaqlar isə tez yorulur. Başqa sözlə qadınlarda çənə narahatlıqları kişilərə nisbətən artıq olur.
Buda üz gözəlliyinə təsir edir.

Prof. Dr. Serhatın sözlərinə görə "Saqqız dişlənən tərəfdəki üz-yanaq əzələləri daha çox istifadə edildiyi üçün üz nahiyəsində simmetriyanın pozulma ehtimalı meydana gəlir". Bu səbəblə yeməklərdən sonra diş fırçalama imkanı olmadığı halda qısa müddətdə şəkərsiz saqqız çeynəmək olar.
Bu zaman saqqızı ağızın hər iki tərəfi ilə bərabər zamanda çeynəmək lazımdır.

Məlumata görə oynaq xəstəliyinin əlamətləri görülən və ya xəstəsi olan insanlarda saqqız xəstəliyi pis hala gəlir.


Tarix: 08.01.2015 / 16:05 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı Məlumatlar
loading...