Körpə ana bətnində ciyərindən əməliyyat olundu
İspaniyada həkimlər qeyri-adi əməliyyat ediblər.
Rusiya mətbuatının verdiyi məlumata görə, hələ dünyaya gəlməyən körpənin ana bətnində ağciyərlərində əməliyyat həyata keçirilib.
Əməliyyat iki il öncə həyata keçirilsə də, 16 aylıq qız uşağı hələ indi mətbuatın qarşısına çıxarılıb.
Məlumata görə, həkimlər döldə nadir anomaliya müşahidə ediblər. Belə ki, onun ciyərləri ilə tənəfüss yolları arasında problem olub.
Bundan sonra valideynlər körpənin məhv olmasının qarşısını almaq üçün əməliyyat olmağa razılıq veriblər.
Həkimlər körpənin ağzından endoskop edərək, tutulan bronxu təmizləyiblər.
Tarix: 09.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Maraqlı Məlumatlar
loading...