Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başında 3 il bıçaqla gəzən insan əməliyyat olundu

10 sm-lik bıçaq 3 saatlıq əməliyyatla çıxarılıb.
Braziliyada 29 yaşlı Edeilson Naskiento adlı kişi 3 il müddətində başındakı bıçaqla həyatda qalmağı bacarıb. Naskientonun başına 10 sm ölçüsündə bıçaq 2007-ci ildə getdiyi barlardan birində baş verən dava zamanı girib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həkimlər beyinə ziyan vuracaqlarından ehtiyat etdikləri üçün bıçağın sadəcə çöldə qalan hissəsini kəsiblər.

Bu müddət ərzində şiddətli baş ağrılarından əziyyət çəkən Braziliyanın üzərində yeni əməliyyat aparılmalı olub. 3 ildən sonra kəsici alətin daxilə nüfuz edən hissəsi saatlarla davam edən əməliyyatla ehtiyatla çıxarılıb. Hazırda özünü yaxşı hiss edən braziliyalı daha bir həftə həkim müşayiətində qalmalı olacaq.


Tarix: 13.01.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar
loading...