İndoneziyanın qərbində yerləşən Riau bölgəsində daha əvvəl ABŞ-da rast gəlinən bir hadisə baş verib. Belə ki, hamilə qadın iki başlı tək bədənli övlad dünyaya gətirirb. Hadisənin təsirindən hələdə çixa bilməyən həkimlər körpələrin yalnız ürəklərinin ayrı-ayrı olduğunu qalan bütün orqanların birgə olduğunu vurğulayıblar.
3,2 kiloqram ağırlığında olan körpələrin vəziyyətlərinin normal olduğu bildirilir.
Xəstəxananın baş həkimi Rasul Elim ürək xaric digər orqanları bərabər istifadə edən körpələrin ayrılmasının qeyrimümkün olduğunu lakin onların yaşamağı üçün əllərindən gələni edəcəklərini bildirmişdir.
Adları hələ də qoyulmayan bu iki oğlan uşağını görmək üçün bölgə camaatının xəstəxanaya axın etdiyi bildirilir.
Tarix: 13.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Maraqlı Məlumatlar