Sovet folklorunda balacaboy, sadəlövh maral saxlayan kimi təqdim olunan çukçalar haqqında söylənənlər həqiqətə uyğun deyil. Çukçalar Uzaq Şimalın Alyaskadan Kamçatkaya qədər bütün tayfalarını özlərinə tabe etdirmiş ən güclü və döyüşkən xalqı olub. Çukot döyüşçüləri ölümdən qorxmurdular, əsir düşdükdə özlərini öldürürdülər. Əsir düşmək təhlükəsi olanda onlar hətta öz arvad-uşaqlarını da qırırdılar.
Çukçalar ancaq rusları igidlikdə özlərinə tay hesab edirdilər. Ətrafdakı tayfaları isə ümümiyyətlə saya salmırdılar. XVIII əsrdə çukçalarla döyüşmüş kapitan Dmitri Pavlutski öz düşmənlərini belə təsvir etmişdi: ”Çukçalar ucaboy, güclü, cəsur, sağlam bədənli, ağıllı, ədalətli, döyüşkən, azadlıq sevən, yalana dözməyən xalqdır”.
Çukot mifologiyasında ruslar yarım mifik varlıqlar, çayın, tütünün, qəndin, duzun və dəmirin yaradıcıları kimi təsvir olunur. Tarixdən məlum olduğu kimi, rusların çukçalarla müharibəsi 150 il davam etmiş və birincilərin xeyrinə nəticələnməmişdir. Rus çarları çukçalara baş qoşmamağı məsləhət görürdülər. Rusiya imperiyasının hakimiyyətinin Çukotkaya da şamil olunmasına baxmayaraq, çukçalar daxili işlərdə tam müstəqilliyi qoruyub saxlamışlar. Onlar XX əsrin ortalarına kimi öz qonşularını həmişə qorxu içərisində saxlamışlar. Çukçaların sonuncu müharibəsi 1947-ci ildə eskimoslarla olmuş və onlar qalib gəlmişlər.
Tarix: 10.12.2014 / 18:47 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Maraqlı Melumatlar