Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Edison Lampanı Necə İcad Etdi?
Edison Lampanı Necə İcad Etdi?

Edison bir dinləmə gəzintisi əsnasında metal fabrikçisi və Amerika dinamo maşınının emalatçısı Willam Wallaceın düzəltdiyi yeni elektrik lampasını nəzərdən keçirməyə dəvət edildi. Taxta çərçivəylə hərəkət edən iki qoldan ibarət sadə cihazın qarşısına grafit lövhəcik ilişdirilmişdi. Hər iki lövhəciyi birləşdirən elektrik cərəyanı mavi işıq oxu kimi görünürdü. Gözləri qamaşdıran bu alov, grafit lövhəcikləri tez əridirdi.

Edison bu səhnəni dinmədən seyr edirdi. Elektrik işığı! Ciddi olaraq böyük fikir idi bu! İnsanlıq həmişə gecəni gündüzə çevirməyə məşğul olmuş; bunun üçün şam, yağ və nəhayət 19.yüzilliyin başından bəri hava qazı istifadə etmişdi. Amma artıq elm insanlığa elektriki hədiyyə etmişdi. Elektrikin ideal bir enerji qaynağı olduğu meydanda idi. Lakin Wallece-in metodu Edisona doğru bir yol kimi görünmürdü. Yanındakılara döndü və zənn edirəm ki, mən daha yaxşısını edərəm dedi.

Edisonun 40-50 iş yoldaşıyla işə girişmə tərzi, elm araşdırmaları tarixində bənzərsizdir. Ara vermədən çalışırdılar. Atelyedə edilən kiçik şüşə lampaların içərisindəki hava, elektrik axınının qızğın hala gətirəcəyi maddənin yanmasına mane olmaq üçün boşaldırdı. Lakin əsas məsələ bu maddənin nə olacağı mövzusu idi. Bəzi maddələr çox az dözə bilir, bəziləri də çox bahalıya olurdu. Halbuki Edison elə ucuz bir lampa düzəltmək istəyirdi ki, hər kəs alıb evinə taxa bilsin. Kömürləşdirmə əməliyyatından keçmiş müqəvva, hindqozu qabığı, göbələk, hətta laboratoriyanı gəzməyə gələn bir qonağın qırmızı saqqalından bir iki tel belə sınandı.

Dayanmadan çalışmaq üzündən Edisonun gözləri yanır, dözülməz sancılar verirdi. Amma o bunları kimsəyə söyləmir, yalnız xatirə dəftərinə yazırdı.

Dalbadal təcrübələrin sürdüyü bir gün assistenti artıq bu işdən vaz keçsək?! dedi.

Nə üçün?

Çünkü bu ana qədər iki min təcrübə etdik və heç bir nəticə ala bilmədik. Edison dərhal etiraz etdi: Bu doğru deyil. ..Bəli, məqsədimizə çata bilmədik amma heç bir nəticə əldə edə bilmədiyimiz doğru deyil. Çünki axtardığımız şeyin etdiyimiz bu iki min təcrübə içində olmadığını öyrənmiş olduq.

1879-cu ilin noyabrında Edison bir gecə yazı masasının başına oturmuş, sönük bir siqarı soraraq nə edəcəyini düşünürdü. Dalğın dalğın pencəyinin düymələrindən birini çevirərkən düymə qopdu. Üstündən bir iplik parçası sallanırdı. Birdən yerindən atıldı, laboratoriyaya keçdi və texniklərinə iplik parçasını göstərdi. Beləsini görəsən cərəyan nəql edici olaraq istifadə etdikmi heç? Demək istifadə etmədik! Elə isə gedin bir yumaq ip alın, kiçik parçalar halında kəsin, kömürləşdirin və lampalarınızı taxın.

Assistentləri nəticə ümid etməməklə birlikdə dərhal dediyini etdilər.Edisonun bu fikri, bu sahədəki işlərindən imtina etmədən əvvəl müraciət ediləcək son çarə olaraq görülürdü.

Kömürləşdirilən ipliklər hər səfərində qırılmasına baxmayaraq bu həssas ipliklərdən biri qırılmadan lampaların birinə ilişə bildi. Lampanın havası dərhal boşaldıldı. Lampaya elektrik verildiyində iplik qızdı və sarı bir işıq meydana gəldi. Edison və yoldaşları işığa ovsunlanmış kimi baxırdılar. Görəsən nə qədər sürəcəkdi? Lampa saatlarla sönmədi. Sürən işlər sonunda elektrik stansiyası qurmaq, 900 binada elektrik şəbəkəsi qurmaq, minlərlə sayğac yerləşdirmək, 14.000 lampa düzəltmək gərək idi.

4 sentyabr 1882-de məşhur ixtiraçının bir işarəsi ilə cərəyan axını verildiyi zaman, bütün məhəllənin yüzlərlə binasında minlərlə elektrik lampası yandı və ətrafa parlaq, sarı işıqlar saçılmağa başladı.

Edison dövrünün ən böyük ixtiraçısı elan edildi. Hər kəs yalnız lampaları deyil, onu da görə bilmək üçün axın etdi. Edisonu tanımayan kimsə qalmadı.

MENLO PARK – Edisonun ən əhəmiyyətli kəşfi Menlo Park, New Jerseydəki ilk sənaye araşdırma laboratoriyası idi. Davamlı olaraq texnoloji kəşflər və təkmilləşdirmələr etmək kimi xüsusi bir məqsəd üçün qurulmuş ilk təşkilat idi. Edison bir çox icadını rəsmi olaraq bu laboratoriyada ortaya çıxarmış, bir çox işçisi onun əmrləri istiqamətində bu icadların araşdırma və təkmilləşdirilməsində vəzifə götürmüşdür.


Tarix: 11.06.2015 / 13:40 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Maraqlı Melumatlar
loading...