Min desən, bir cavab qaytarmaram
Həzrəti Mövlana küçədə gedərkən iki nəfərin mübahisə etdiyini görür.
Adamlardan biri o birinə belə deyir:
— Mən elə bir adamam ki, bir desən, min deyərəm, bildinmi?
Mövlana gedib həmin adamın qarşısında dayanır və tam əminliklə belə deyir:
— Mən də elə bir adamam ki, min desən, bir cavab qaytarmaram, bildinmi?
Bu sözü deyəndən sonra Mövlana dönüb gedir və həmin adam heyrətindən qurumuş halda, dinib-danışmadan, gözdən itənəcən bu böyük könül insanının ardınca baxır.
Tarix: 03.12.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqli Hekayeler
loading...