Bəzi qızlar niyə evdə qalırlar
Əziz istifadəçilər, təsəvvür edin ki, Bakıda möhtəşəm 5 mərtəbəli imarət tikilir və qızların özlərinə ər seçməyi üçün hər cür şərait yaradılır. Təsəvvür elədiniz? Qızlar yaxşı təsəvvür eləyir, oğlanlarımızı bilmirəm. Həəə... Deməli, bu imarətdə yeganə bir qanun var: "Əgər bir mərtəbədən növbəti mərtəbəyə keçdinsə, mütləq alış-veriş eləməlisən. Alış-veriş deyəndə ki, pulunu verib ər alırsan da. Əgər seçim etməyib, növbəti mərtəbəyə qalxdınsa, ta aşağıdan seçim şansın olmayacaq."
Bir gün bir neçə rəfiqə (p.s. Rəfiqə sözü bizim Azərbaycan dilində "podrujka" deməkdir ) gəlirlər bu imarətə...
1-ci mərtəbədə qapıda yazılıb: "Burdakı kişilərin iş yeri var və uşaqları sevirlər". Qızlar yazını oxuyur və öz aralarında "Olmayan yerdə gedər, bir gedək baxaq 2-ci mərtəbədə nə var?" danışıb yola davam edirlər.
2-ci mərtəbə və qapıdakı yazı: "Burdakı kişilərin yaxşı işi var, uşaqları sevirlər və çox yaraşıqlıdırlar". Qızlar "Pis deyiiil, görəsən yuxarıda nə var?" deyib növbəti mərtəbəyə çıxırlar.
3-cü mərtəbə: "Burdakı kişilərin çox yaxşı işi var, uşaqları sevirlər, son dərəcədə yaraşıqlıdırlar və ev işlərinə kömək edirlər". Qızlar "Aman Allah, yəni bu dövrdə ev işlərinə kömək edən kişi var? Amma yuxarıda hələ iki mərtəbə var. Gedək görək..." deyirlər.
4-cü mərtəbə və qapı önü: "Burdakı kişilər şirkət sahibidirlər, uşaqları çox sevirlər, çox yaraşıqlıdırlar, ev işlərinə kömək etməkdən həzz alırlar və üstəgəl çox romantikdirlər." Qızlar sevincdən qışqırışırlar, ta özlərini az qala şəhid eliyirlər və "Təsəvvür eliyirsiz üstdəki mərtəbədə nə var? Super muper kişilər. Getdik eee..." deyib çıxırlar yuxarı.
5-ci mərtəbə və qapıdakı yazı: "Bu mərtəbə boşdur və sadəcə, qadınları məmnun etməyin mümkün olmadığını bir daha isbat etmək üçün qoyulmuşdur. Çıxış soldadır, ümid edirik pilləkənlərdən düşəndə yombalanmarsız... Hörmətlə,kişilər!
Tarix: 11.06.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri