Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seksdə kişi qadının illüziyalarını alt-üst edir (18+)

Cinsi aktdan sonrakı davranış böyük əhəmiyyətə ma­lik olsa da, kişilərin əksəriyyəti bu məqama əsla məhəl qoymurlar. Hətta sevən ərlər də cinsi aktdan dərhal sonra arxalarını arvadlarına çevirib yatmağı üstün tuturlar. Kişi rahatlanıb uyuduğu bir vaxtda qadın seksual ehtirasın onu necə tədricən tərk etdiyini həyəcanla hiss edir. Bu cür davranışın nəticəsində kişi özünü çox maraqlı psixoloji və emosional həyəcanlardan məhrum edir. Bundan pisi odur ki, kişi sevən qadının illüziyalarını alt-üst edir və bununla da qadının həssas naturasında, onun məhəbbətinin zərifliyindən, onun əlavə nəvazişlərə ehtiyacından büsbütün xəbərsiz, yaxud bunlara tamamilə biganə olduğunu nümayiş etdirir. Axı qadınlar çox sevirlər ki, cinsi yaxınlıq başa çatdıqdan sonra onu nəvazişlə öpsünlər, oxşasınlar, qulağına xoş sözlər pıçıldasınlar.
Cinsi əlaqələrin norması, yəni sayı və tezliyi haqqında məsələ hər bir halda fərdi həll olunur. Tərəf-müqabillər cavan olduqca cinsi əlaqələr bir o qədər intensiv baş verir. Bəzi sevgililər üçün hər gün cinsi əlaqəyə girmək zərurət halını alır. Bəziləri isə həftədə bir-iki əlaqə ilə kifayətlənirlər. Görünür orta norma həftədə iki-üç əlaqə sayılmalıdır.
Müasir seksoloqlar cinsi aktın davamiyyətindən danışarkən, onu iki-altı dəqiqə çərçivəsində görürlər. Onların fikrincə, əgər orqazm akta başladıqdan bir-iki dəqiqə sonra olursa, bu, cinsi zəifliyin əlamətlərinə dəlalət edir. Əgər qadın kişinin bütün cəhdlərinə baxmayaraq, beş-altı dəqiqə ərzində vəcdə gələ bilmirsə, bu, onun cinsi soyuqluğundan (frigidliyindən) xəbər verir.
Əgər qədim dövrün tövsiyələrini müasir tövsiyələrlə müqayisə etsək, bunların bir-birindən kəskin fərqləndiyini görərik. Cinsi ünsiyyət zamanı sevgililər bir necə dəfə pozaları dəyişə, cinsi akta fasilə verə və onu yenidən davam etdirə bilərlər. Axı hər sonrakı akt qadında daha çox şəhvət hissi yaradır, ona daha çox həzz bəxş edir və bu o prosesi uzun müddət davam etdirməyə hazırdır. Kişi isə iki-altı dəqiqə çəkən birinci cinsi akt zamanı əsasən fallosunun boşluğa düşdüyünü hiss edir. Uşaqlıq yolu tərəfindən cavab reaksiyasına (fallosun sıxılması və 'tutulub saxlanması') nail olmaq üçün daha çox vaxt tələb edilir. Buna görə cinsi aktı vaxtla ölçmək düzgün olmazdı. Onu qadının keçirdiyi orqazmların sayı ilə ölçmək lazımdır: iki orqazm - yaxşı, dörd orqazm - daha yaxşı, çoxsaylı və güclü orqazmlar isə ən yaxşı variantdır.
Kişiyə gəldikdə isə, o özünü əldə saxlamağı və cinsi aktın gedişini idarə etməyi, lazım gəldikdə ona müəyyən fasilə verməyi, əvvəlcə özü üçün əlverişsiz poza seçməyi (vaxtından əvvəl orqazm keçirməmək üçün) və pozaları dəyişməyi öyrənməyə çalışmalıdır. Onun minimum proqramı - qadını tam təmin etmək olmalıdır. Bunda onun öz şəxsi marağı da var. Belə ki, qadını təmin etməklə, onun orqanizminin enerjisinin bir qisminə yiyələnmiş olur və bu, kişini hər cəhətdən gücləndirir.
Qədim mətnlər kişilər üçün nəfsi saxlamaq texnikası ətraflı təsvir edilib. Bu texnikanı bilməyən kişilər haqqında deyilir: 'Cinsi əlaqə zamanı özünü əldə saxlayıb qiymətli daşın ucunda (fallosun başcığında) yaranan həzzi uzatmağı bacarmayan kəs bu xoşbəxtliyi duymağı macal tapmamış, həmin xoşbəxtlik ovuc içindəki qar dənəciyi kimi əriyib itəcək'. Buna görə məsləhət görürlər: orqazm yaxınlaşanda dayan, sakitləş, sonra yenidən davam elə. Bununla sən həzz və xoşbəxtlik hissinin müddətini xeyli uzatmış olacaqsan.
Bu üsula dair əlavə məsləhətlər. Cinsi əlaqə zamanı hər ikiniz vaxtaşırı öz cinsiyyət orqanınızı təmiz parça ilə silməli, sonra müxtəlif üsullardan bəhrələnməklə, 'işi' da­vam etdirməlisiz. Sperma tənasül alətinin özülünə gəlib çatdıqda, bədən bir növ ağırlaşıb keyləşir; həmin anda sə­manın hüdudsuz ənginliklərini təsəvvürünə gətir, spermanı geri qaytarmaq üçün iradə gücüylə onu öz içinə çək. Bunun üçün anal deşiyini sıx, dilinin ucunu var gücünlə damağına dirə və baxışlarını yuxarıya zillə, Eyni zamanda, əl və ayaq barmaqlarını var gücünlə sıxıb gərilt. Qarnını içinə çək. Bu, nəfsi saxlamaq üzrə 'bədən texnikası' sayılır.
'Bədən texnikası''ndan savayı 'beyin texnikası' mövcuddur. Bunun üçün siz bədəninizin aşağı hissəsindəkı şəhvət duyğusunda cəmlənmiş fikrinizi vaxtaşırı yayındırmağı bacarmalısınız. Bunun üçün siz, məsələn, beyninizdə rəqəmləri vura, toplaya, çıxa bilər, və ya başqa şey haqqında düşünə bilərsiniz. Enerji həmişə olduğu yerə axır. Qədim risalələr öyrədir: əgər həzz, ləzzət hissi bütün bədənə yayıldığı zaman sən öz fikrini bədənin aşağı hissəsindən yayındırıb, beynində yalnız bədənin yuxarı hissəsində həzz duymağı öyrənsən, o zaman sən sevgi oyunlarına uysan da, toxum kisəsindəki spermanın miqdarı azalmayacaq. Toxum itkisi o zaman baş verir ki, bütün bədənə yayılan hüdudsuz həzz hissinə qərq olmaq əvəzinə, sən öz fikrini yalnız cinsiyyət orqanlarının həzzinə yönəldirsən. Təəssüflə qeyd etməliyik ki, müasir insanda düzgün cinsi akt üçün tələb olunan fikri cəmləmək mədəniyyəti çatışmır (qədim mədəniyyətlərin nümayəndələrindən fərqli olaraq). Qədim müdriklər insan xoşbəxtliyi üzərində düşünür və bunun çarəsini axtarırdılar, müasir sivilizasiya üçün isə bunlar (xoşbəxtlik, həzz hissi və s.) mücərrəd anlayışlardır. Bu mənada biz onlardan qat-qat bəsit və duyğusuz varlıqlarıq.


Tarix: 31.03.2015 / 18:35 Müəllif: Aziza Baxılıb: 194 Bölmə: Maraqli Melumatlar
loading...