Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qatıq hamilə olanlara çox faydalıdı

Məlumata görə qatıq hamilə qadınlara daha çox faydalıdlr. Mütəxəssislərin fikrincə bu məhsul hamiləlik müddətində bolca istifadə edilməlidir.
Ümumiyyətlə qatıq qida məzmunu baxımından əhəmiyyətli zülal qaynaqlarından biridir. Həmçinin qatıqda ana bətnində inkişaf etməkdə olan dölün, sümük və diş köklərinin meydana gəlməsi, böyüməsi üçün lazım olan kalsium var. Xüsusilə hamiləliyin üçüncü ayında bədənin kalsiuma olan ehtiyacı artdığından lazımi kalsium almamış analar, sonrakı illərdə osteoporoz problemi ilə qarşılaşa bilərlər. Kalsium bədənin əzələ, ürək və sinir sistemi funksiyalarının yerinə yetirilməsində, qan laxtalanmasında və bəzi enzimatik fəaliyyətlərdə əhəmiyyətlidir.
Qatıq hamilə olanlarda yüksək təzyiq, astma, böyrək daşının meydana gəlməsi, diş çürüməsi, sümük problemləri və s. xətəliklərin qarşısını almağa kömək edir.
Xüsusilə səhər nahardan sonra qatıq istifadə edildiyində bağırsaqların işini nizamlayır, bağırsaqlarda olan təhlükəli və zərərli mikrobların çoxalmalarına mane olur.
Bir sıra mütəxəssislərin fikrincə 2-3 stəkan süddə və ya qatıqda sağlam bir fərd üçün lazım olan gündəlik kalsium miqdarının ortalama 1000-1200 milliqramını qarşılamaq olar.


Tarix: 21.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qidalanma və Dieta
loading...