İsti havalarda sərinlənmək üçün istifadə etdiyimiz ləzzətli qidalardan biri dondurmadır. Bu qida süd xoşlamayan uşaqlar üçün də əhəmiyyətlidir.
Lakin, bəzi qaydalar var ki, sağlamlıq baxımından onlara riayət etmək lazımdır. Bir çoxlarının fikrincə dondurma yedikdən sonra üzərindən soyuq su içmək olmaz. Bu sağlamlığa pis təsir göstərir. Boğazın həssaslığını qorumaq üçün dondurma yedikdən sonra üzərinə 1 fincan ilıq su və ya 1 fincan nanə çayı içmək olar. Həmçinin diş sağlamlığını qorumaq üçün ağzı ilıq su ilə yaxalamaq lazımdır.
Bildiyimiz kimi, dondurmanın tərkibində protein, karbohidrat, yağ və faydalı maddələr (vitamin və minerallar) var. Bol südlü sadə dondurma eyni zamanda yaxşı bir kalsium və az da olsa zülal qaynağıdır. Təbii meyvələrdən edilən dondurmalar isə meyvənin növünə görə antioksidant xüsusiyyəti daşıyır və tərkibində C vitamini var. Ancaq bəzi dondurmalar var ki, boğaz infeksiyalarına səbəb olur. Yuxarı tənəffüs yolu infeksiyası ilə mübarizədə immunitet sistemi hüceyrələri müdafiə etmə mexanizmi meydana gətirir. Bu hüceyrələr isə damar yolu və qanla boğaza çatır. Bu baxımdan dondurmanı ağızda əridərək yemək lazımdır.
Həmçinin tox qarına dondurma yemək məsləhətdir.
Artıq çəkiyə nəzarət üçün dondurmanın miqdarına və yanında istifadə edilən souslara diqqət etmək kifayətdir.
Dondurma seçimində isə meyvəli dondurmalara üstünlük vermək yaxşı olar. Xüsusi ilə reflüks şikayəti olanlar buna əməl etməlidir.
Tarix: 21.01.2015 / 17:30 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Qidalanma və Dieta