Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu içkilər artıq çəkini əritməyə təsirlidir

İlk öncə onu qeyd etmək lazımdır ki, çəki problemi olanlar lazımi miqdarda maye qəbuluna fikir verməlidir. Bu prosedur bədənin formada qalmasına, incəlməsinə təsir göstərəcək.

Su

Xüsusi ilə su içmək orqanizmi zəhərli maddələrdən təmizləməyə, toxluq hissini artırmağa xeyirlidir. Maye qəbulundan əlavə limon kimi meyvələrlə dadlandırılmış sulardan istifadə edə bilərsiniz.

Buzlu Qarpız Püresi

Tərkibində şəkər olmayan meyvə suları və qarpız püresi sağlamlığa faydalı olduğundan artıq çəki üçün təsirlidir. Qarpız, bədəni sərinlətmək və maye möhkəmlətməsini təmin etməklə bərabər qida dəyəri sayəsində orqanizmin sağlam olmasına kömək edir.

Buzlu nanəli çay

Gözəl fiqura sahibi olmaq istəyənlər isti yay günlərində buzlu nanə çayından dada bilər. Bu çay mədəyə yaxşı təsir göstərərək, maddələr mübadiləsinə kömək edir. Yağlı qidaların tez həzm olunmasında effektlidir. Həmçinin qabarıqlığa qarşı təsirlidir.

Yaşıl çay

Ürək narahatlığı olanlara yaxşı təsir göstərən yaşıl çay eyni zamanda çəki problemi olanlara da faydalıdır. İdmandan əvvəl bu çaydan istifadə etmək yağları əritməyə kömək edir.

Ananas Frappe

Ananas və kətan toxumunu blenderin köməyi ilə qarışdıraraq əldə edə biləcəyiniz bu içəcək, qabarıqlığa yaxşı gəlir və olduqca faydalıdır.
Ananasın içərisində olan bir ferment isə zülalın yığılmasını asanlaşdırar, bu səbəbdən həzmsizliyə də yaxşı təsir göstərir.

Şokoladlı süd

Sağlamlıqla əlaqədar bəzi internet saytlarında bitter şokolatının faydaları haqda geniş məlumat var. Bu şokolad cinsəl sağlamlıqdan əlavə insanın gün ərzində enerjili olmasına təsirlidir. Südlə qarışdırb içdikdə, nahar yeməyini əvəzləyərək 400 kalori ətrafında insanı tox saxlayır. Buda artıq çəki problemi olanlar üçün faydalıdır.


Tarix: 21.01.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Qidalanma və Dieta
loading...