Sevgim Uduzubmus Deme Secimde...
Mən səni sevəndə qovladım qəmi,
Düşündüm sevgimiz solmaz bahardı.
Sən məni sevsəydin,- mən sevən kimi,
Eşqim də sevgindən bir güc alardı.
Səni sevmədim ki, solsun güllərim,
Sevdim,- su səpəsən ümıd gülümə…
Sevmədim qaralsın sənsiz günlərim,
Sevdim ki, üstümə sevgin ələnə...
Səni sevmədim ki, qəlbim ağlasın,-
Ovsun ürəyimin içini hicran.
Sevdim,- sevgimi də sevgin saxlasın,-
Çökməsin qəlbimə sənsiz çən-duman.
Səni sevmədim ki, dünyam qaralsın,-
Bu eşqimin mülkü dağılsın deyə.
Səni sevdim dərdi-qəmim azalsın,
Sevdim,- hər gün əlin əlımə dəyə...
Sevgimin qisməti oldu ayrılıq,
Eşqimin qolları bağlı,- içimdə.
Sizladi ürəyim ney kimi qıriq.
Sevgim üduzubmuş demə seçimdə.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Sevgi şerləri
loading...