Ömrünün sonuna 25 gün qalıb dedi həkimlər.Onsuz da bu xəbəri çoxdan gözləyirdi.Daim yalnız qalmağı sevər,yalnız qaldğı axşamlar ulduzlara baxmağı sevərdi.Son günlər isə demək olar ki,heç gülmürdü də.Ailəsi,dostları əlindən gələni edirdi.Amma yenə də xeyri yox idi.
Bir gün yenə ulduzları seyr etmək üçün axşam üstü evdən çıxdı.Parka gedən yolda bir qızla toqquşdu.Ayağa qalxdılar.Göz-gözə gəldilər...
Artıq hər gün görüşürdülər.Sanki bir-birləri üçün yaradılmışdılar.
Ömrünün son dəqiqələrinə 3 gün qalmışdı artıq.O isə hələ də açıqlamamışdı sevdiyinə öləcəyini.Əlinə kağız qələm aldı və sevgilisinə bir məktub yazdı və anasından xahiş etdi ki,bu məktubu sevdiyinə o öləndən sonra versin....Son 3 günü də o sevgilisinə heç nə demədi.Son 3 gün daha təlaşlı idi onunçün.
Bir səhər gözləri açılmadı.Ürəyi də dəqiqələr,saniyələr keçdikcə daha da zəif döyünürdü.Son dəfə güclə gözlərini açdı.Hava çiskinli,dumanlı idi.Yağış yağırdı.Ulduzlar da yox idi...Birdən bağlandı o gözlər...Dayandı o qəlb...Bir tufan qopdu sanki o dəqiqə.Sevdikləri göz yaşıyla yola saldılar onu son mənzilə...Artıq o yox idi...
Sevgilisi nəhayət ona yazılan məktubu aldı.Məktubda yazılmışdı:
“Sevgilim,
Məni qınama...Gedəcəyimi bilirdim.Amma unutdurdun sanki bunu mənə.Sən xoşbəxt elədin məni ömrümün son günlərində.Çox sağ ol həyatım...Sənə bu kədəri yaşatmaq istəməzdim,inan.
Sən bu sözlərimi oxuyanda artıq mən bu dünyada olmayacağam.Amma bunu bil ki,mən səni çox sevdim.Üzdə gülüb,içimdə daim ağladım.Bunun necə ağır və çətin olduğunu bir mən bildim,bir də uca Allahım.
Səndən son bir istəyim var.Məni bir şirin xatirə kimi xatırla.Məni unutma...Daim yaşat məni qəlbində.Və unutma ki,
MƏN SƏNİ HƏMİŞƏ SEVMİŞƏM...
ƏLVİDA...”
Qiz məktubu göz yaşları içərisində oxudu.Kaş bu məktubun sonu gəlməyəydi.Yoxluğu artıq onu daha da çox sıxırdı...Səhəri gün ilk işi qəbiristanlığa getmək oldu.Sevgilisinin məzarı üzərinə uzandı və hıçqıraraq dedi:
-Səni heç vaxt unutmayacağam,indi mənimlə olmasan belə...
Sabahı ümidli olan bir sevgi beləcə əbədiyyətə qovuşdu...Allah heç kimin sevdiyini ondan ayırmasın....AMİN!!!
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi varmı?