Azərbaycan tarixçiləri → Nazim Tapdıqoğlu
Nazim Tapdıqoğlu (tam adı:Nazim Tapdıq oğlu Vəlişov; d. 26 yanvar, 1963) — tarixçi, toponimist, “Qızıl Qələm” mükafatı laureatı, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi.
Həyatı[redaktə]
Nazim Tapdıqoğlu 1963-cü ildə Füzuli şəhərində doğulub. 1970-1980-ci illərdə 1 saylı Füzuli şəhər orta məktəbində oxumuşdur. 1981-1983-cü illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakultəsini, Bakı Dövlət Universitetinin Tarix fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Politologiya və Sosiologiya elmləri üzrə tam kurs keçmişdir. Nazim Tapdıqoğlu həm də pedaqoji fəaliyyətlə məşğul olur. Dövri mətbuatda 1977-ci ildən etibarən şeir, məqalə, oçerk, və publisistik yazıları ilə çıxış edir. 1993-cü ildən onomastikanın tərkib hissəsi olan toponomika ilə, xüsusilə, ermənilər Ardı »