Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarBəxtiyar Vahabzadə

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: بختيار وهابزادهBƏXTİYAR VAHABZADƏ
Bəxtiyar Mahmud oğlu Vahabzadə

Doğum tarixi:16 avqust 1925-ci il
Doğum yeri:Şəki
Vəfatı:13 fevral 2009-cu il (83 yaşında)
Vəfat yeri:Bakı
İstiqamət:Şair, dramaturq, ədəbiyyatşünas
Mükafatları:
http://www.vahabzade.net


Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust,1925 – 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).


Həyatı

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan Ardı »

Şairlər və YazıçılarMolla Vəli Vidadi

Həyatı

Molla Vəli Vidadi 1707-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. Rәvayәtә görә, Molla Vәlinin atası Mәhәmmәd ağa Qazaxa İrandan köçüb və onun atası Səfəvilər dövründə İranda yaşayan Hәmzә sultanın nәslindәndir. O, əvvəl Şəmkirdə, sonra isə Qazaxın Poylu kəndində təhsil almış, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şıxlı kəndində mirzəlik və məktəbdarlıq etmişdir. Molla Vəli Vidadi həm əruz, həm də heca vəznlərində şeirlər yazmışdır.

M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.

Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey Ardı »

Şairlər və YazıçılarHamlet İsaxanlı

Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.

İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik Ardı »

Şairlər və YazıçılarAbbas Vəfadağlı

Mazanov Abbas Əli oğlu (Abbas Vəfadağlı) - şair.

elim var", Bakı, "Gənclik" nəşriyyatı, 1999.
[redaktə]
Məqalələri
"Göyçə qətliamı", "Ülfət" qəzeti, 2 aprel 2004-cü il.
"Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, №4, 2010-cu il. səh.48-51.
"Aşıq Alı sorağında", Dünya qəzeti. 19 mart 2011-cu il. № 34-35, Ardı »

Şairlər və YazıçılarYusif Əzimzadə

Əzimzadə Yusif Əhmədulla oğlu — nasir, dramaturq, publisist, tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1979).Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Ədəbiyyat siyahısı
5 Həmçinin bax

[redaktə]
Həyatı

Yusif Əzimzadə 1917-ci il fevralın 22-də Bakıda fəhlə ailəsində doğulmuşdur. Natamam orta məktəbi bitirib N.Nərimanov adına sənaye texnikumunun elektrik-mexanika şöbəsində təhsil almışdır (1930-1937). Həm də Bakı şəhər rayonlarının elektrik yarımstansiyalarında işləmişdir (1934-1937). Tələbə ikən öz şeirlərini "Ədəbiyyat qəzeti"ndə, "Gənc işçi", "Yeni yol" və "Azərbaycan gəncləri"ndə müntəzəm çap etdirmişdir. Onun əsərləri müstəsna hallarda "Ə.Yusif", yaxud "Y.Əhədoğlu" imzaları ilə çap olunmuşdur. Bakı hərbi məktəbini leytenant rütbəsi ilə bitirmişdir (1937-1939). Qərbi Ukraynanın azad olunmasında, ağ finlərə Ardı »

Şairlər və YazıçılarAşıq Qurbani

Həyatı

Xudafərin yaxılınlığındakı Cəbrəyıl rayonunun Diri dağının döşündəki Diri kəndində 1477-ci ildə anadan olub.

XV əsrin sonları və XVI əsrdə yaşayıb-yaratmış Qurbani indiki Cəbrayıl rayonunun Dirili kəndində anadan olmuşdur.

Bəzilərinin dediyinə gorə o Təbrizin yaxınlığındakı Diri kəndindəndir.

Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır.

Şah İsmayıl Xətainin müasiri olan Qurbaninin adına sonralar bir xalq dastanı da qoşulmuşdur.
[redaktə]
Yaradıcılığı

Gülə-gülə

Girdim yarın bağçasına,
Dedim, dərim gülə-gülə.
Mən ona elə müştağam,
Necə bülbül gülə-gülə.

Naşı bağban satma gülü,
Haramdı axçası, pulu,
Küsdürdün şeyda bülbülü,
Daha gəlməz gülə-gülə.

Qurbaniyəm, erməmişəm,
Yar qəsrinə girməmişəm,
Belə cəllad görməmişəm,
Aldı canım gülə-gülə.

Aldığım

Səhərin dan yeri kimi,
Əsmə, qadasın aldığım!
Mənim səbrü-qərarımı
Kəsmə, qadasın aldığım!

Ardı »

Şairlər və YazıçılarXəlil İbrahim

Xəlil İbrahim oğlu İbrahimov -(1892-1938), publisist, tərcüməçi


[redaktə]
Həyatı

İbrahim 1892-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada, real məktəbi Bakıda bitirib. "Azərbaycan"a qədər bir çox qəzetlərdə həm müxbir, bəzən də redaktor kimi çalışıb. 1919-cu ildə qəzetin 4 iyul 216-cı nömrəsindən 1 sentyabr 265-ci nömrəsinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin olrqanı olan "Azərbaycan" qəzetinin redaktoru olmuşdur. Azərbaycanın azadlıq mübarizəsində özünəməxsus yeri olan vətənpərvər Xəlil İbrahim 1938-ci ildə "xalq düşməni" kimi həbs edilərək güllələnib.


[redaktə]
Fəaliyyəti

Xəlil İbrahim ibtidai təhsilini Şuşada rus-tatar məktəbində aldıqdan sonra ailəsi Bakıya köçür. Gənc Xəlil təhsilini Bakıdakı realnı məktəbdə davam etdirir. Təhsilini başa vurduqdan sonra – 1912-ci ildə "Nəşri-maarif" Cəmiyyətinin Əmircandakı məktəbində müəllim işləyir. Ardı »

Şairlər və YazıçılarVaqif Bayatlı Odər

Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) — şair, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
[redaktə]
Həyatı

Vaqif Bayatlı Odər 1949-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981-1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet Ardı »