Şairlər və Yazıçılar → İsmayıl Şəms
[color=#f82e00]Ismayıl Şəms (1918-2008), ədəbiyyatşünas, tərcüməçi, şərqşünas
[redaktə]
Həyatı
İsmayıl Qasım oğlu 1918-cı ildə Güney Azərbaycanın mərkəzi Təbrizdə anadan olmuşdur. Orta məktəbi Təbrizdə bitirdikdən sonra Tehran universitetinin hüquq fakültəsində oxumuşdur. Az sonra İran gömrük idarəsində rəis müavini postunda işləmişdir. Gömrükdə rüşvətxorluqla razılaşmayan Ismayıl Şəms orada işləməkdən imtina edir və Təbrizə qayıdır.
1940-cı il Hacı Əli Şəbüstəri, Maşınçı, Əxgər, Padiqan və başqa silahdaşları ilə birlikdə "Azərbaycan Cəmiyyətini" yaradır və cəmiyyətin orqanı "Azərbaycan" qəzetinin redaktoru olur.
Cəmiyyətin fəaliyyətinin genişləndiyini görən Sovet Dövlətinin adamları ona və məsləkdaşlarına cəmiyyəti buraxıb Tudə partiyasına birləşməyi təklif edirlər. Bu təkliflə razılaşmayan İsmayıl Şəms ruslar tərəfindən Sovetlər Birliyinə sürgün edilir.
Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı genişləndikdən Ardı »