Şəfalı meyvə və Tərəvəzlər → Ərik-Armeniaca Vulqaris Z.
Ərik qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çoxdan bəri becərilir.Dərman məqsədilə meyvələrinin toxumlarından,eləcə də ərik ağacının yarpaqlarından daha geniş istifadə edilir.
Ərik ağacının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır.Ərik ağacı yapışqanı suda həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb və tablet dərmanlarının tərkibində,eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur.Əriyin meyvələri son dərəcə faydalıdır.Mevələrini yetişən vaxt toplayır,həm təbii,həm də konservləşdirib, yeyinti sənayesində istifadə edirlər.Bundan başqa koserv zavodlarında çox vaxt meyvələrinin tumlarını ayırıb atırlar.Son illərə kimi ərik ağacı meyvələrinin tumları koserv zavodlarının tullantısı hesab olunurdu.Lakin hazırda əriyin toxumlarından əla keyfiyyətli tibb üçün yararlı,badam yağını əvəz edən piyli yağ istehsal olunur.Bu yağdan əzcaçılıqda Ardı »