Şəfalı meyvə və Tərəvəzlər → Moruq
Təbabətdə meyvələrindən az halda isə yarpaqlarından istifadə edilir. Moruq qədim dərman vasitələrindəndir. Təzə meyvələri susuzluğu yaxşı kəsir, dadlı və ətirlidir. Çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə tərlədici və hərarət salan kimi istifadə edilir. Moruq bağırsaqların təmizlənməsinə kömək edir, o öd və sidikqovucu təsirə malikdir.
Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır.
Tərlədici çay hazırlamaq üçün iki xörək qaşığı quru meyvələrinin üstünə 1 stəkan qaynar su töküb 10 dəq. qaynatmaq, yatmazdan qabaq 2 stəkan içmək. Yarpaqlarının həlimi 1:20 nisbətində tərlədici çay kimi içilir.
Mədə şirəsinin turşuluğu çox olanda, mədə-bağırsağın işini tənzimləmək üçün Ardı »