Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şorbalar ve HelimlerƏtli dovğa

Ləvazimatlar

Qatıq – 2 l

Can əti – 250 q

Baş soğan – 1 ədəd

Xama – 100 q

Yumru düyü – 50 q

Noxud – 80 q

Yumurta – 2 ədəd

Göyərti (keşniş, şüyüd, göy soğan, cəfəri, çuğundur yarpağı, təlpətöyün, turşəng, nanə, ispanaq)

Duz, istiot


Hazırlanma qaydası

1. Ətçəkən maşınından keçirilmiş ət və soğan qarışığına duz və istiot əlavə olunub balaca küftələr hazırlanır.

2. Küftələr bir az duz əlavə edilmiş suda bişirilir.

3. Axşamdan noxud isladılır və bişirilir.

4. Qatığın üzərinə bir az su, xama, yumurta əlavə edilib çalınır, daha sonra axşamdan isladılmış düyü, bişmiş noxud, xırda doğranılmış göyərti əlavə olunub zəif odda bişirilir.

5. Düyünün bişməsinə az qalmış dovğaya küftələr əlavə edilir. Duz Ardı »

Şorbalar ve HelimlerTatar şorbası resepti

Tərkibi (4 pay):
4 x.q. marqarin
1 x.q. tomat pastası
2 x.q. un
1 x.q. nanə qurusu
2 x.q. qatıq
8 su st. toyuq bulyonu
duz
qara istiot

Mantı:
1 su st. un
1 yumurta
aldığı qədər su
100 q quzu qiyməsi
1,5 x.q. sürtgəcdən keçirilmiş soğan
3-4 budaq xırda doğranmış cəfəri
duz
qara istiot

Hazırlanması:
Mantı üçün: bir qaba un qoyub üzərinə yumurta və duz əlavə edin, az-az su əlavə edib bir qədər bərk xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib bir müddət saxlayın.

Bir qabda qiymə, sürtgəcdən keçirilmiş soğan, xırda doğranmış cəfəri, duz və qara istiotu qarışdırın.

Xəmiri yayın. Qiymədən bərabər məsafədə ara qoymaqla üzərinə düzün. Digər yuxanı üzərinə örtüb xırda kvadratlar kəsin.

Mantıları duzlu suda bişirin.

Marqarini tavada əridin, üzərinə unu əlavə Ardı »

Şorbalar ve HelimlerLobya şorbası

Çox sadə resept

Ərzaqlar:
2 stəkan qaynadılmış quru lobya
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
5 stəkan su
2 ədəd soğan
30 qram yağ
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı bibər tomatı
nanə
duz


Lobya şorbasının hazırlanma qaydası:
Rəngli bibərləri təmizləyib, nazik-nazik doğrayın. Soğanı doğrayıb, yağda qızardın. Üzərinə su, pomidor və bibər tomatlarını əlavə edib, yaxşıca qarışdırın. Sonra əvvəlcədən qaynadılmış quru lobya və rəngli bibərləri əlavə edib, üzərinə bir az duz səpin. Sonra qazanın qapağını örtüb, qaynadın. Qaynadıqdan sonra sobanın dərəcəsini azaldıb, qazanın qapağı yarı açıq vəziyyətdə 20 dəqiqə müddətində bişirin.
Kasalara töküb üzərinə nanə səpin. İsti şəkildə süfrəyə Ardı »

Şorbalar ve HelimlerOdrubad üsulu maş şorbası resepti

Tərkibi:
1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz)
1 ədəd doğranmış orta boy baş soğan
2 xörək qaşığı tomat
8 stəkan su
zövqə görə duz
zövqə görə istiot
4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
4 quru gavalı
1 xörək qaşığı quru nanə

Hazırlanması:
1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maşı süzün və yuyun. Kənara qoyun.
2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.
3. Ardı »

Şorbalar ve HelimlerKÜFTƏ-BOZBAŞ

Qoyun əti – 163 q,

quyruq – 20 q,

düyü – 15 q,

təzə alça – 30 q,

noxud – 25 q,

kartof – 150 q,

baş soğan – 18 q,

zəfəran – 0,1 q,

quru nanə - 0,1 q,

istiot,

duz.


Küftə - bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədəd yuyulmuş alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın doğranıb qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və Ardı »

Şorbalar ve HelimlerBastırmalı Madımak Şorbası

MATERİAL SİYAHISI:

500 q. Madımak
2 soğan
1 şorba q. Tomat
3 şorba q. Bolqar
2 şorba q. Kərə yağı
3 diş sarımsaq
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

bastırma

İÇİ:

Soğanı və sarımsağı yeməli doğrayırıq. Qazana kərə yağını qoyuruq. Soğanı və sarımsağı əlavə edirik və qovururuq. Madımak-ı incə nazik doğrayırıq və qazana əlavə edirik. İsti suyunu veririk və qaynamağa qoyuruq.

Bişməsinə yaxın bulquru atırıq. Çox sulu bir şorba olmayacaq bu üzdən çox çox su qoymamalıyıq. Pastırma xırda kub şəklində doğrayırıq. Kiçik bir tavada kərə yağını əridirik və bastırmani elave edib qovururuq. Şorbanı süfrəyə verərkən üzərinə Ardı »

Şorbalar ve HelimlerSarı Mərci Şorbası

İÇİ:

Mərcini yuyuruq və qazanda qaynadırıq. Yerkökü və soğanı incə yarım ay şəklində doğrayırıq. Qazana duru yağ qoyuruq. Soğanı və kökü qovurmağa başlayırıq. Kərə yağını əlavə edirik. Unu əlavə edirik və qovurmaya davam edirik.

Soyuq suyla konsistensiyanı açırıq. Pörtmüş mərcini də suyla birlikdə digər qazana qoyuruq. Duzunu atırıq. Qapağını bağlayaraq bişməyə qoyuruq. Xörəyimizi əl blendırından keçiririk.

Abqora və kərə yağını bir tavada əridirik və xidmət edərkən şorbanın üzərinə gəzdiririk.

SARI MƏRCİ ŞORBASI

1 su s. Sarı mərci
1 soğan
1 yerkökü
2 şorba q. Kərə yağı
2 şorba q. Un
Duru yağ
Duz
Su

ÜZƏRİ Ardı »

Şorbalar ve HelimlerDovğa)

Tərkibi:
Yarım stəkan gecədən islağa qoyulmuş quru noxud
2 stəkan doğranmış keşniş
2 stəkan doğranmış şüyüd
½ stəkan doğranmış ispanaq
½ stəkan doğranmış təzə sarımsaq (yalnız yarpaqları)
½ stəkan doğranmış nanə
½ stəkan stəkan doğranmış cəfəri
3 stəkan qatıq
4 stəkan su (qatıq qatıdırsa daha çox su əlavə etmək olar, durudursa, daha az)
1 xörək qaşığı un
1 ədəd yumurta
Bir stəkanın üçdə biri qədər yuyulmuş yumru düyü
Zövgə görə duz
İstiot, bəzək üçün (zəruri deyil)

Harızlanması:
Noxudu yumuşalanadək bişirib, kənara qoyun.
Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin. Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun.Qazanda qatıq, sü, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin. Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa doğva çürüyər) orta odda qaynadın. Bu proses Ardı »