Peyğəmbərlərin Həyatı → PEYĞƏMBƏR (SAV)- İN BƏZİ XÜSUSİYYƏTLƏRİ
Peyğəmbərimiz Məhəmməd - sallallahu aleyhi və səlləm -in bir neçə xüsusiyyətləri vardır.
PEYĞƏMBƏRLƏRİN SONUNCUSUDUR - «Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur» (əl-Əhzab 40). Məhəmməd, Peyğəmbərlərin və Rəsulların sonuncusudur. O, Allahın risalətinin təbliği üçün seçdiyi son elçi, ona kitabların ən uca və ən əzəmətlisi endirilmişdi. O, Rəsulların əzəmətlisi, aləmlərin Rəbbinin həbibi və xəlilidir. Ondan sonra kim Peyğəmbərlik iddiasında olarsa kafirdir, onu doğrulayan da kafirdir. Bunda şübhə edən də kafirdir. Mömin ondan sonra Peyğəmbərin olmayacağına iman edər. Peyğəmbər - sallallahu aleyhi və səlləm -Dəccal ilə əlaqəli olan hədisdə buyurur: “Mən Xatəmun-Nəbiyyinəm (Peyğəmbərlərin sonuncusuyam) və məndən sonra Peyğəmbər gəlməyəcəkdir”1.
Başqa rəvayətdə: Peyğəmbər - sallallahu aleyhi Ardı »