Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarYaponiyada uşaqlara orqan köçürülməsinə icazə verildi

Yapon millət vəkillərinin 18 iyul tarixində qəbul etdiyi qanun bu gün senatorlar tərəfinddən təsdiq olundu. Qanuna əsasən 15 yaşdan aşağı uşaqlarada orqan köçürülməsi mümkün olacaq.
Xatırladaq ki, 1997-ci ildən bəri Yaponiyada bioloji ölüm şəraitində olan bir insan ölmüş qəbul edilir və onun orqanları köçürülə bilir.
Böyrək və qaraciyər köçürülməsinə ehtiyac olan zaman Yaponiya əsasən orqan mafiyasının beşiyi sayılan Çin və Filippinə üz tutur.
Yaponiyada hər il 10000-dən çox orqan nəqli həyata keçirilir. Lakin Yapon qanunlarına görə 15 yaşından aşağı uşaqlara orqan köçürülməsi qadağan idi və bu səbəbdən də hər il ölkədə çox sayda uşaq ölümü halları baş verirdi.
Axırıncı dəfə 11 yaşlı Hiroki Andonun ölümü Ardı »

Maraqlı Məlumatlarİki əkiz eyni anda

Doğuş haqqında bir sıra məlumatlarda bildirilir ki, ilk növbədə hamilə qadınlar öz bədənini və ürəyini həyatlarının bu vacib anına hazırlamalıdırlar.
Bu sağlam doğuş üçün çox önəmli hesab olunur. Geniş və ətraflı məlumatlara sahib olmaq bu işdə olduqca faydalı hesab olunur.
Hamilə qadınlar doğuş haqqında nə qədər çox məlumat bilərlərsə, bir o qədər az qorxar və sağlam hamiləlik dövrü keçirərək problemsiz doğuşa nail ola bilərlər.
Bu baxımdan internetdə yayımlanan bir məlumat çoxlarını təcübləndirəcək.
Belə ki, məlumatda qeyd olunur ki, ABŞ-ın Texas viləyalətində hamilə bir qadın qaldırıldığı xəstəxanada iki dəfə tək yumurta əkiz dünyaya gətirib.
Ananın bir dəqiqə ərzində ara verməklə əkiz uşaqlarını Ardı »

Maraqlı MəlumatlarXoşbəxtlik insanı kökəldir

Stressdən kökəldiyini deyənlərin yalanı ortaya çıxdı.
Hollandiyalı psixoloqlar apardıqları araşdırmalar zamanı maraqlı nəticələr əldə ediblər.

Xarici mətbuatda yayılan məlumata görə, 87 tələbənin üzərində aparılan təcrübə özünü xoşbəxt hiss edən insanların daha çox yemək yediyini ortaya çıxarıb.

Məlumdur ki, artıq çəkili insanlar tez-tez stressdən kökəldiklərini dilə gətirirlər. Ancaq araşdırma bunun doğru olmadığını göstərib.
Belə ki, araşdırmanı aparan psixoloqlar xoşbəxt insanın daha çox yediyini və kökəlmək riskinin də daha çox olduğunu bildirib.

Psixoloqların sözlərinə görə, özünü yaxşı və ya pis hiss etmək hər 100 nəfərdən 75-nin iştahına təsir edir. Ardı »

Maraqlı MəlumatlarƏfqanıstanlı qadın 6 uşaq dünyaya gətirib

Əfqanıstanda ilk uşağını dünyaya gətirmək üçün gedən qadın 6 uşaq dünyaya gətirib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, körpələrdən 3-ü qız, 3-ü isə oğlandır. Birdən artıq uşağı olacağını bilməyən qadının eyni gündə 6 uşaq anası olması hər kəsə bir möcüzə təsiri bağışlayıb. Həkimlər isə dünyada təbii yolla, yəni hər hansı müalicə görmədən 6 uşaq doğmağın nadir hadisə olduğunu söyləyiblər.

Xəstəxanadan körpələrin yaxşı olduğunu, ancaq çəkilərinin 700 qram ağırlığında olduğunu xəbər veriblər.

Adının Şerah olduğu açıqlanan 24 yaşındakı ananın Balx bölgəsində bir kənddə yaşadığı bildirilib. Əfqanıstan televiziya və radiolarında qadının sağlıq durumu haqqında xəbərlər yayımlanarkən, onun ciddi baxıma və dəstəyə ehtiyacı olduğu açıqlanıb. Mətbuada həmçinin dövlətin Ardı »

Maraqlı MəlumatlarXeyiri qədər ziyanı da var

Kaliforniya Universitetində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, nəqliyyat qəzaları zamanı insan həyatının təhlükəsizliyini təmin edən hava yastıqları insan həyatını qorumaqla yanaşı orqanizmə mənfi təsirləridə var.
Belə ki, hava yastığını içində mövcud olan və nartium turşusu adlanan maddə insan orqanizminə həddən artıq ziyandır.
Natrium turşusu qəza zamanı reaksiyaya girərək natrium hidroksidə çevrilir və qəza zamanı hava yastığı açılarkən ağ toz şəkilində ortalığa çıxan bu maddə insanın gözünə və dərisinə mənfi təsir göztərir.
Natrium hidroksid qəza baş verərkən insanın dərisində, qulaqlarında və gözlərində yanıqlara səbəb ola bilər. Ardı »

Maraqlı MəlumatlarBir bədəndə iki can

İndoneziyanın qərbində yerləşən Riau bölgəsində daha əvvəl ABŞ-da rast gəlinən bir hadisə baş verib. Belə ki, hamilə qadın iki başlı tək bədənli övlad dünyaya gətirirb. Hadisənin təsirindən hələdə çixa bilməyən həkimlər körpələrin yalnız ürəklərinin ayrı-ayrı olduğunu qalan bütün orqanların birgə olduğunu vurğulayıblar.
3,2 kiloqram ağırlığında olan körpələrin vəziyyətlərinin normal olduğu bildirilir.
Xəstəxananın baş həkimi Rasul Elim ürək xaric digər orqanları bərabər istifadə edən körpələrin ayrılmasının qeyrimümkün olduğunu lakin onların yaşamağı üçün əllərindən gələni edəcəklərini bildirmişdir.
Adları hələ də qoyulmayan bu iki oğlan uşağını görmək üçün bölgə camaatının xəstəxanaya axın etdiyi bildirilir. Ardı »

Maraqlı MəlumatlarDünya Səhiyyə Təşkilatından maraqlı statistika

15 iyun dünya avtomobil qəzasında ölənlərin anma günündə Dünya Səhiyyə Təşkilatı (DST) maraqlı bir statistika hazırlayıb. Statistikaya görə hər il 1 milyon 270 min insan avtomobil qəzalarında dünyasını dəyişir. Maraqlıdır ki, bu rəqəmin az qala yarısı yol keçən piyadalar, motosiklet və velosiped sürücüləridir.
Həmçinin 170 ölkəni əhatə edən statistika göstərir ki, bu qəzaların 90% zəif inkişaf etmiş ölkələrin o cümlədən Afrika ölkələrinin payına düşür. Ən az qəza olan ölkələr isə İngiltərə, İsveç Hollandiya kimi inkişaf etmiş ölkələrdir.
Həmçinin daha maraqlı bir fakt isə maşınlarda təhlükəsizlik kəmərindən ən az istifadə edən ölkələr də həmçinin zəif inkişaf etmiş ölkələrdir və qəza zamanı ölüm səbəblərindən biri Ardı »

Maraqlı MəlumatlarYumurta ağının möcüzəsi

Evinizdə yanıqlar üçün tətbiq olunan müalicə üsullarına istiliklə və kimyəvi maddələrlə ibarət olan yanıqlar, dəriyə zərər verən və iltihablara səbəb olan yanıqlarında aid olduğu bildirilir. Yanıq dərəcəsi nə olursa olsun mütləq dermatologiya sahəsi üzrə mütəxəssisə və ya plastik cərrahlara müraciət edilməsi lazımdır.
Yüngül ya da orta dərəcəli yanıqlarda ilk olaraq, yara soyuq su ilə yuyulduqdan sonra üzərinə bal ya da yumurta ağı tətbiq olunmağın faydalı olduğu bildirilir.
Yumurta ağının tərkibinin təbii halda 10-11% zülal, selenium, vitamin kompleksləri, mineral duzlar və karbohidratlar olduğu məlumatlarda öz əksini tapıb.
Yumurta ağı, mikroorqanizmlərin törəmələrini çətinləşdirən əhəmiyyətli antimikrobioloji xüsusiyyətlərə malikdir. Yanıq üzərində yumurta ağının 1 saat Ardı »