Sevgi şerləri → Qelbinide Qapinkimi Aciq Saxla
AÇIQ SAXLA Dərd qəlbini deşik-deşik dələn olar, Öz dərdinin soyuğunda ölən olar. Öz ömrünü sənin ilə bölən olar, Qızdır evi qəlbindəki od-ocaqla, Qəlbini də, qapını da açıq saxla! Vaxtsız ağrı qamətini əysə belə, Sevənlərin qəmdən libas geyə belə. Vaxtsız əcəl qapıları döysə belə, Sən həyatı həyat kimi sıx, qucaqla, Qəlbini də, qapını da açıq saxla! Allah səni ocaq kimi pir eləsin, Min dərdini heç eləsin, bir eləsin. Tanrı sənə öz qəlbində yer eləsin, Min qucağa salam göndər bir qucaqla, Qəlbini də, qapını da açıq saxla! Ustad bilər, ozan bilər, lələ bilər, Sevincini, həsrətini bölə bilər. Yolçu olan səni deyib gələ bilər, Ardı »