Sevgi şerləri → Biz Ki Unutmusduq Ilk Mehebbeti...
Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydı!
Senin gözlərində eşqin həsrəti,
Menim gözlərimdə yaş olmayaydı!
Mən də bəxtiyaram,sən də bəxtiyar,
Bəs bu həsrət nədir, --bu məlal nədir?
Saxlama qoy gedim, gözləyənim var,
Gedimmi? Bir «hə» de, o sual nədir?
Dayanma qarşımda günahkar kimi,
Mən ki, günahını bağışlamışam.
Hələ qəlbi geniş adamlar kimi
Sənin toyunu da alqışlamışam.
Bil ki, sevgilimdən sənə salam var,
İstəsən yarinla qonaq gəl bizə.
Mənim ciyərparam bircə balam var,
Açar qapımızı əlbəəl sizə.
Niyə zilləmisən gözlərini sən?
Mənə əvvəlki tək baxma,amandır!
Mən ki, əl çəkmişəm məhəbbətimdən,
Qəlbimi odlara yaxma,amandır!
Peşiman olmağın nədir əlacı?
Yüz fikir bir Ardı »