Saglamliq → Döş xərçəngindən qorunmağın 10 əsas yolu
1. Alkoqolla vidalaşın!
Aparılan bütün araşdırmalar, alkoqol qəbul edən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu göstərir. Gündə 2-5 qədəh içən qadınların riskinin heç alkoqol qəbul etməyənlərə nisbətən 1,5 dəfə artdığı məlumdur.
2. Mövzu siqaretdirsə; buraxan qələbə çalar !
Süd vəzisi xərçəngi ilə siqaret arasındakı birbaşa bağlantı dəqiq olaraq ortaya qoyulmamasına baxmayaraq, tədqiqatçılar, erkən yaşdan etibarən siqaret çəkən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu düşünürlər. Siqaretin sadəcə süd vəzisi xərçəngi üçün deyil, ağciyər xərçəngi üçün də ciddi faktor olduğunu unutmamalıyıq.
3. Aktiv olun.
Fiziki aktivlik süd vəzisi xərçəngi riskini azaldır. Həftədə 75 ilə 150 dəqiqə arası gəzintiyə çıxan qadınların süd vəzisi Ardı »