Saglamliq → Stresə nəzarət insanın öz əlindədir
Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq
Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında Ardı »