Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqKök qadınlar daha tez ölür

Alimlərin son araşdırmalarından biri gənclik illərində artıq çəkidən əziyyət çəkmiş xanımların daha tez öldüklərini üzə çıxarıb.

Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onların qocalmadan ölmək riski «nərmənazik» qadınlarla müqayisədə düz 2 dəfə artıqdır.
Eksperiment zamanı alimlər yaşı 20-80 arasında olan təxminən 5000 qadını müayinə edib. Məlum olub ki, kök qadınların 60 yaşadək yaşamaq şansları daha azdır. Əgər artıq çəki hələ gənc yaşlardan yığılıbsa, bu zaman risk daha da yüksəkdir. Ardı »

SaglamliqSağlamlıq üçün şəxsi gigiyena vacibdir

Gündəlik həyatda fərqinə varılmayan gigiyenik səhvlər sonradan insan sağlamlığında müxtəlif problemlərə yol açır. Bu baxımdan şəxsi gigiyena qaydalarında ev təmizliyi ilə yanaşı hər şey nəzərə alınmalıdır. Buna əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyəvi təsirlər neytrallaşır, insan sağlamlığı qorunur.
Günümüzdə bu istiqamətdə vacib məslələrdən biri də şəxsi gigiyena üçün istifadə olunan antibakterial sabunlardır. Məlumata görə antibakterial sabunlar insanın hormonal tarazlığına təsir göstərir və zənn edildiyi qədər faydalı deyil. Bunu heyvanlar üzərində edilən testlər müəyyən edib. Testlərdə antibakterial sabunların tərkibində hormon tarazlığını pozan 'Triclosan' adlı kimyəvi maddənin aşkar edildiyi bildirilir. Bu maddənin evdəki təmizlik vasitələrində və diş pastasında olduğu deyilir. Edilən Ardı »

SaglamliqAlimlər sarımsağa qarşı

Alimlərin iddia edirlər ki, ta qədimdən soyuqdəyməyə qarşı və immunitetin artırılması üçün istifadə olunan sarımsaqda bu xüsusiyyətlər yoxdur.





Xalq təbabətində sarımsaq qandakı xolestirinə qarşı, immunitetin artırılması üçün istifadə edilir. Lakin alimlərin araşdırmaları tam əks nəticə verib.

Araşdırmada 30-65 yaş arası 170 nəfər könüllü iştirak edib. Nəticələr onu göstərir ki, sarımsaq nə xolestirinə, nədə ürək-damar sisteminə xeyirlidir.

Sarımsağın müsbət təsirini onun tərkibindəki allisinon ilə izah edirdilər. Lakin bu maddə sarımsaqda o dərəcədə azdır ki, onun xeyiri dəyə bilməz.
Ardı »

SaglamliqLimonlu su içməyin faydaları

Günümüzdə bəzi içkilər var ki, onlar yayın istisində təkcə bədəni sərinləşdirmir, eyni zamanda insan orqanizminə müsbət təsir göstərir.
Həmin içkilərdən biri limon suyudur. Məlumatlarda deyilir ki, limonlu su digər faydaları ilə yanaşı tərkibində C vitamini olduğundan bədəni toksinlərdən təmizləyir.
Həmçinin tənəffüs yollarında olan problemi aradan qaldırmağa kömək edir.
Limon, antibakterial xüsusiyyəti sayəsində tənəffüs yolu infeksiyalarından qurtulmaqda və öksürəyin azaldılmasında faydalıdır.
Bu baxımdan limon suyu beyin və sinir sisteminin sürətli işləməsinə imkan yaradır.
Həmçinin tərkibindəki kalium sayəsində depressiyadan azad olmağa, unutqanlığa və beyin sisinin ortadan qalxmasında effektlidir.
Bundan əlavə immun sistemini gücləndirməyə kömək edən bu içki qan təzyiqini nizamlayır, soyuqdəyməyə yaxşı təsir göstərir, insanı bir Ardı »

SaglamliqOfisdə hansı xəstəliklərə yaxalanma ehtimalı var?

Ofis şəraitində xəstəlik riski sadə görünsə də ciddi problemlərə yol açır. Əsasən mədə-bağırsaq, tənəffüs yolları infeksiyaları, mövsümlə bağlı qrip kimi bir sıra xəstəliklər qaçılmazdır.
Tənəffüs yolları ilə keçən infeksiyalar, xüsusilə asqırma, öskürmə kimi hallarda yayılan mikroorqanizmlərin digər insanlara keçməsilə yaranır.
Eləcə də tənəffüs yolları ilə yoluxan digər infeksiyalar vərəm, zökəm, qızılca, suçiçəyi kimi xəstəliklərin yaranmasına yol açır.

Bir sıra mikroorqanizmlərin yayılmasına isə əl yumadan yeyib-içmə şərait yaradır ki, bu baxımdan əl yumaq alışqanlığı mühüm amildir. Ofisdə çalışanlarda həmçinin allergiya, ağciyər və digər orqanlarda xroniki narahatçılıq, hərəkət azlığı ilə yaranan problemlərə də rast gəlinir. Ofislərdə kondisionerlərdən düzgün istifadə də çalışanların sağlığı üçün çox Ardı »

Saglamliqİsti havalarda avtomobil idarə edənlər diqqət!

Uzun və davamlı səfərlərdə xüsusilə isti yay günlərində sürücülər ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına mütləq əməl etməlidirlər.
Bu qəzanın baş verməməsi və sağlamlıq baxımdan olduqca vacibdir.
Havalar isinən zaman tətil səyahətləri başladığından şəhərlərarası yollarda sıxlıq olur. Bu baxımdan isti havalardan təsirlənməmək üçün yola səhər erkən saatlarda çıxmaq və 2 saatdan bir 15 dəqiqə fasilə etmək məsləhətdir. Maşında olan kondisionerdən istifadə edərkən istiqamətin sinəyə yox, şüşələrə doğru olmasına diqqət yetirin.
Hər yarım saatdan bir avtomobilin salonu havalandırmaqla istifadə edilməlidir. Bu səyahətdə xəstələnməyin qarşısını alır.
Avtomobili idarə edən sürücülər yola çıxmazdan əvvəl rahat və əlverişli ayaqqabılar seçməlidirlər.
Avtomobilin pedalını idarə etməyə çətinlik törədən ayaqqabılardan istifadə edilməməlidir. Ardı »

SaglamliqXərçəng xəstəliyini yaradan insanlardır

Mumiyalar üzərində aparılan araşdırmalar belə deməyə əsas verir.
Xərçəng tamamilə bəşər övladı tərəfindən yaradılmış xəstəlikdir. Alimlər Misirdə tapılan mumyalar üzərində apardıqları araşdırmalardan sonra bunu ortaya çıxarıblar.

Mumiyalar üzərində aparılan araşdırmalar bu dövrdə yaşayan heç kimdə bu xəstəliyin olmadığı və xərçəngin xüsusiyyətlərinin sənaye inqilabından sonra daha çox müşahidə edildiyi bəlli olub. Mütəxəssislərin sözlərinə görə, dünyada çirklilik səviyyəsinin artımı və qeyri-sağlam qidalanma xəstəliyin yaranmasına və yayılmasında böyük rol oynayıb.

Ancaq, araşdırmada iştirak edən alimlər xərçəngin yaranmasının dəqiq səbəblərinin ortaya çıxarılması üçün daha böyük miqyaslı araşdırmaya ehtiyac olduğunu qeyd ediblər. Ardı »

Saglamliqİngiltərədə adamlar daha erkən ölürlər

Aparılmış tədqiqat göstərib ki, bir çox varlı ölkələrdən fərqli olaraq Britaniyada adamlar daha erkən yaşlarında ölürlər.
Son 40 ildə 60 yaşdan əvvəl ölümlərin sayı iki dəfə azalsa da, qadınlar üçün bu göstərici Albaniyadakına bənzərdir.

Ekspertlər deyirlər ki, buna səbəb geniş qeyri-bərabərlikdir.

Vaşinqton Universitetinin Lancet jurnalında dərc etdiyi məqalədən öyrənmək olar ki, qlobal miqyasda ən az riskə İslandiyadakı kişiər və Kiprdəki qadınlar malikdirlər.
Kiprdə 60 yaşına çatmamış hər min qadından 38 vəfat edir. Britaniyada bu göstərici qadınlar üçün 58, kişilər üçün 93-dür.
Cənubi Asiyada qadınlar daha erkən ölürlər. Sahara Afrikasında isə insanların yarısı 60 yaşına çatmamış vəfat edirlər.

Professor Dənni Dorlinq deyir ki, Britaniyada səhiyyə sistemindəki qeyri-bərabərlik belə Ardı »