Şairlər və Yazıçılar → Zaman Əsgərli
Əsgərli Zaman Şükür oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
[redaktə]
Həyatı
Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsil almışdır (1970-1974).
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim kimi başlamışdır (sentyabr-oktyabr 1974). Ordu sıralannda hərbi xidməti borcunu yerinə yetirmişdir (1975).
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976-1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin2 faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası2 mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük Ardı »