Şairlər və Yazıçılar → Lətif Hüseynzadə
[color=#4866e7]Hüseynzadə Lətif Talıb oğlu — ədəbiyyatşünas, maarif xadimi, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, dr.dosent.
[redaktə]
Həyatı
Lətif Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olmuşdur. Burada "Xeyriyyə" və "Rüşdiyyə" adlanan dini mədrəsələri bitirdikdən sonra Naxçıvan Müəllimlər Seminariyasında təhsil almışdır (1922-1925). Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir (1925-1930). Əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1930-1936). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, dərs hissə müdiri (1936-1940), C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim, dosent, kafedra müdiri, direktor (1940-1954), Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında elmi işçi, daha sonra direktor (1950-1951), Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri (1954-1957), İrəvan Ardı »