Şairlər və Yazıçılar → İsmayıl Şıxlı
Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenari müəllifi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
Həyatı
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). Ardı »