Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanQABİL - AXŞAM QƏRİBLİYİ

Yenə axşam çökür yamanca-yala,
Sükuta qərq olur bağça da , bağ da.
Tək olsan gözlərin dolar az qala
Elə bu məqamda, elə bu çağda.

Asiman qaralır, üfüq qaralır,
ƏL-ayaq çəkilir yoldan cığırdan,
Adam ixtiyarsız xəyala dalır,
Nəyisə, kimisə anır bu zaman.

Gözün bir nöqtəyə zillənir müdam,
Bir yerə cəm olur fikrin düşüncən.
Hey köks ötürürsən düşdükcə axşam
Səbəbi naməlu bir qüssəylə sən.

Örüşdən çəkilib gedir mal-qara,
Kəsilir quşların qəlb açan səsi.
Sakitlik endikcə çıxır aşkara
Çayın dərədəki həzin nəğməsi.

Bulağı tərk edir axırıncı qız,
O, evə tələsir çiynində sənək.
Bulaq doluxsunur qalınca yalqız,
Sən də kövrəlirsən həmin çeşmətək.

Ən acı, ən şirin xatirələrlə
Qovuşub gedirsən, axıb gedirsən.
Səbəbi naməlum qəmlə-kədərlə
Qaralan dağlara baxıb gedirsən.

Gedirsən, gedirsən başı aşağı,
Nəyi seyr edəsən, nəyə baxasan?
Elə bil udmuşdur Ardı »

Azerbaycan EdebiyyatindanZƏLİMXAN YAQUB - EY DÜNYA

Ey dünya, qovğadan açılmır başın,
Gündə bir savaşın,barışığın var.
Qocasan, cavansan, anlamaq olmur,
Alnında nə qədər qırışığın var.

Yüklədin ürəyə qəm üstən qəmi,
Qurumaq bilmədi gözlərin nəmi.
Adəmin buğdası qatıb aləmi,
Çox yerdə haramnan qarışığın var.

Açılmır insanın qanadı, qolu,
Yüzdən o tərəfə bağlanıb yolu.
Vaxt gəlib çatanda zəhərlə dolu
Hər insan ömrünə bir qaşığın var.

Düzlərin genişdi, dağların uca,
Qol çatmaz başabaş dünyanı quca.
Doymadım baxsam da yollar boyunca,
Maşallah, nə gözəl yaraşığın var.

Sevgin başımızın qızıl tacıdı,
Ruhların əbədi ehtiyacıdı.
Hər oğlun görkəmdə sərv ağacıdı,
Hər qızdan bir yaşıl sarmaşığın var.

Dəryalar qoynunda düşdüm üzməyə,
Vayda ağlamağa, toyda süzməyə.
Sənin dərdlərini sapa düzməyə,
Zəlimxan adında bir aşığın var. Ardı »

Azerbaycan EdebiyyatindanHüseyn Arif - BİR ADDIM

Bu taydan o taya cəmi bir addım,
Necə yaxın?
Uzaq ?
Nə uzaq?
Yeridim yetmədim, çapdım çatmadım,
İllər, qərinələr sovuşdu ancaq.

Ayrılıq?...
Belə də ayrılıq olar?
Damar bir tərəfdə, qan bir tərəfdə.
Buna kim inanar, buna kim qıyar,
Ürək bir tərəfdə, can bir tərəfdə.

Dağ dağdan üzülüb, qaya qayadan,
Qaralmış üfüqlər səhərsiz kimi.
Ata o sahildə köçür dünyadan,
Bala bu sahildə xəbərsiz kimi.

Görkəmi eynimi yalın, yamacın?
Bu tərəf gül-çiçək,
O tərəf nədir?...
Özü bu tərəfdə qalxan ağacın,
Qolu o tərəfdə quruyub gedir.

Bu taydan o taya cəmi bir addım,
Diləklər saralıb solmuş həyatda.
Yeridim yetmədim, çapdım çatmadım,
Bir addım minillik yolmuş həyatda. Ardı »

Azerbaycan EdebiyyatindanSevdanin Sonu!

Sevdimsə, sevildim bir qış axşamı,
Bir ürək verdimsə, bir ürək aldım.
Xəlvətdə görüşüb, danışdıq hərdən,
Nəhayət eşqini könlümə saldım.

Varlığım sevgimin varlığı oldu,
Onunla bölüşdüm şadlıqlarımı,
Onunla bölüşdüm qəm-kədərimi,
Sandım ki, tapmışam əsil yarımı.

Sevilmək dünyada çətin deyilmiş,
Sevmək də dünyada çox asan imiş.
Müqəddəs bir eşqin ən nəhayəti,-
Dünyalıq ləzzəti bircə an imiş.

Bir zaman eşqimə can verən gözəl,
Bu zaman gör necə alır canımı?
Ayrılıq sazını səsləndirərkən,
Od vurub, odlara salır canımı.

Sevilib, sevdimsə bir qış axşamı,
Ayrıldım sevgimdən bir bahar günü.
Doğrusu baharda sevinir hamı,
Mənimçin qış oldu şadlıqlar günü Ardı »

Azerbaycan EdebiyyatindanUreyim Ola Bilmedin..!

Ne acı qismetmiş ne acı bir bext
Ömrümde üç ay da qala bilmedin
Men sene üreyim demişdim bir vaxt
Sen menim üreyim ola bilmedin.
Özü yıxılanlar ağlamaz daha
Üstüme göz yaşı sıxma sen Allah
Bu eşqin astarı üzünden baha
Daha yollarıma çıxma sen Allah.
Soyuq işartılar aldatdı seni
Alışa bilmedin odumda menim
Adın uca olsun demişdim sene
Adın çoxdan çıxıb yadımdan menim.
Amasız dalğalar qucağında bil
Avarsız, sükansız qayıq deyilsen
Yandır mektubumu yandır sen allah
Sen o mektublara layiq deyilsen.
Öteri sevdalar qatdı başını
Vedesiz tökülen yaşına yazıq
Başını uca tut demişdim sene
Gözümde alçalan başına yazıq.
Bu nece qismetmiş bu nece bir baxt
Ömrümde üç ay da qala bilmedin
Men sene üreyim demişdim bir vaxt
Sen menim üreyim ola bilmedin. Ardı »

Azerbaycan EdebiyyatindanAna

Xanımlar içində böyük xanımsan
Sən məni yaşadan tək varliğimsan
İstəmərəm zərər dəysin bu cana
Sən mənim damarımda axan qanımsan ay ana !

Saçların ağarıb ay anam mənim
Saçının hər telinə qurbanam sənin
Sən məni bəxş etdin bu cahana
Son nəfəsimə qədər borcluyam sənə ay ana !

Səni çox görməsin Pərvər-Digarım
Anami çox görmə uca Allahım
Səni incidib dərdə salana
İkiqat salaram dərdə ay ana ! Ardı »

Azerbaycan EdebiyyatindanSen Aglama,men Aglayim,gozelim(Ehmed Cavad)

Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!

Uğrunda olmuş ikən sərsəri
Mən öpmədən o qıvırcıq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım, gözəlim!

Hanı sənin hər eşqinə, hər gəncə
Eşq oxuyan qəlbin, sönmüşdür məncə,
Bulmayırsa qəlbin artıq əyləncə,
Sən ağlama, mən ağlayım, gözəlim!

Bir quş idim gecə-gündüz sizlərə,
Yazıq, məni güldürmədin bir kərə...
Baxıb indi alındakı izlərə
Sən ağlama, mən ağlayım, gözəlim!

Mən baxarkən sən vurduğun yaraya,
İndi zalım fələk girdi araya...
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım, gözəlim! Ardı »

Azerbaycan EdebiyyatindanGəlmə ölüm

Neçə qışım, baharlm var,
Getməliyəm, qərarım var.
Gözü yaşlı nigarım var,
İnsaf elə, gəlmə ölüm.

Ürəyimdən atmadığım,
Gözlər məni satmadığım.
Bir arzum var çatmadığım,
Hələ gəlmə, gəlmə ölüm.

Elə bilmə uzaqdayam,
Uzaq deyil, yaxındayam.
Çırpınıram, torundayam,
Bir az yuban, gəlmə ölüm.

Yollarını izləyirdim,
Qışqıraraq səsləyirdim.
Səni dünən gözləyirdim,
Amma, bu gün gəlmə ölüm. Ardı »