Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanVagzali Calinir, Anam Aglayir

Duvaga burunub yola dusursen,
Qonsular teline cicek baglayir.
Ay bacim, sen haldan-hala dusursen,
"Vagzali"calinir, anam aglayir.

O, neler etmedi toyunda neler,
Bu hesretin yeri ne tez bilindi?
"Vagzali"calinir, son deqiqeler…
Ozge bir yuvaya kocurse indi.

Kocuren uzuag, megrur, heyali,
Gedirsen konlunu verdiyin yere.
Buydu anamin da fikri, xeyali,
Bes niye kovrelir o, birden- bire?

Ortada qus kimi suzur gelinler,
Qizlar ogrun-ogrun yar soraqlayir.
Gulur, ferehlenir toya gelenler,
"Vagzali"calınir, anam aglayir.

Xeyir-dua verir kicik bacilar,
Derinden ah cekir boyuk qardasin.
Atani dovreye alir qocalar,
Qapiya soykenir bezekli masin.

Goz yasi incitek qonur sinene,
Getmek isteyirsen, o qucaqlayir.
- Ay qizim, xosbext ol! Ardı »

Azerbaycan EdebiyyatindanBilmezdim

Bilməzdim gedişin bu qədər çətin,
Yoxluğun bu qədər ağır olarmış.
Canıma qəsd edən bu məhəbbətin,
Hələ çəkiləsi acısı varmış.


Nədəndir bilmirəm batmışam yasa,
Büsbütün dəyişib saxtalaşmışam.
Donub duyuğularım,donub düşüncəm
Buzlayıb hislərim hələ keyəm mən.
Qəlbimin fəryadı sızır dilimdə,
Dərindən duysalar,qəmli keyəm mən.


Hanı çağrılmamış,bir qonaq kimi
Eşqimin qapısın döyən o əllər.
Hanı "öz eşqimdən,məhəbbətimdən
heç zaman dönmərəm" deyən o dillər Ardı »

Azerbaycan EdebiyyatindanSensiz Yaman Darixmisam

Ürəyimdə suxurlanmış məhəbbətin izlərini,
Baxışınla yaşadarsan ilk eşqimin bənzərini,
Bu dünyaya dəyişmərəm şəfəq sacan gözlərini,
Od almışam sifətindən, axıb sənə qarışmışam
Sənsiz yaman darıxmışam!

Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad
Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad
Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad,
Deyə bilməm, bəxti kəməm, dərdli-qəmli yaranmışam
Sənsiz yaman darıxmışam!

O gülüşün nə şirindir, həsrətinsə yaman cətin
Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin?
Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin
Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam
Sənsiz yaman darıxmışam!

Elə bilmə sakit-sakit inildəyən mən bir neyəm,
Elə bilmə saclarına sıgal cəkən bir küləyəm,
Uzaqdasan... Xəyalınla yaşayıram, elə bil ki səninləyəm
Harda olsam səni hər an düşünməyə calışmışam
Sənsiz yaman darıxmışam! Ardı »

Azerbaycan EdebiyyatindanGÖRÜNÜŞ

Miz üstə şair başı
başda şer havası...
Siqaret kötüyüylə
dolmuş sərçə yuvası.

Saatın əqrəbləri
biri-birinin üstə:
qıfılnan bağlanıblar
üçü də «bir»in üstə.

O körpənin alnında
iki kəlməlik yazı:
bax, elə beləcə də
yazılıb ki «nə yazım?» Ardı »

Azerbaycan EdebiyyatindanOXUYUN!!!İzin Qalmasın (Əkrəm Əyrisliyə)

Əzəldən özğəyə olub rəğbətin,
Olmayıb qanında milli qeyrətin.
Yalandır, böhtandır sözün-söhbətin,
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın .

İç üzünü açdı “Daş yxular”ın ,
Məkrli niyyətin, daş duyğuların,
Satdın bu millətin mərd oğulların.
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.

Tarixi çevirib tərsinə yazdın,
Namusu-qeyrəti yadlara satdın,
Yaman tora düşdün, yolunu azdın,
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.

Xəyanət eylədin öz torpağına,
Öz xalqını verdin yad ayağına,
Ğör necə tuş gəldin el qınağına,
Çıx get, bu torpaqda izin qalmasın
Silinsin yaddaşdan sözün, qalmasın.

Gözün görmədimi qırılanları,
Öz yurd-yuvasından qovulanları,
Tarixən günahsız axan qanları?!
Çıx get, bu torpaqda izin qalmasın
Silinsin yaddaşdan sözün, qalmasım

Bu yerdə böyüyüb, qocalmısan sən,
Bu yerdə ad Ardı »

Azerbaycan EdebiyyatindanMən Elə Bilirdim Sənsiz ölərəm...

Yenə bu şəhərdə üz-üzə gəldik
Neynəyək başqa şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik
Bəlkə də, xoşbəxtik xəbərimiz yox.
Aradan nə qədər il keçib görən?
Tanıya bilmədim, məni bağışla
Mən elə bilirdim sənsiz ölərəm
Mən sənsiz ölmədim, məni bağışla.
Ölmədim deyirəm, nə bilim axı,
Bəlkədə mən sənsiz ölmüşəm elə
Qəbirsiz, kəfənsiz ölmüşəm elə.
Bəlkə də biz onda ayrılmasaydıq,
Nə sən indikiydin, nə mən indiki... Ardı »

Azerbaycan EdebiyyatindanUnuda Bilmeyeceksen..

Sensiz ele bilmeki oleceyem men,
Qara bir kedere doneceyem men
Geceler yuxuna geleceyem men
Sen meni unuda bilmeyeceksen

Omrunde narahat izim qalacaq
Alovum sonse de kozum qalacaq
Arxanca hemise gozum qalacaq
Sen meni unuda bilmeyeceksen

Sen ele bilmeki qemden uzaqsan
Omrunu gununu uduzacaqsan
Ozunu belke de unudacaqsan
Sen meni unuda bilmeyeceksen... Ardı »

Azerbaycan EdebiyyatindanNƏRİMAN HƏSƏNZADƏ - ZƏRRƏ

Fikirlər dolaşıb keçir başımdan,
Məni yer çağırır, torpaq səsləyir.
Əyilib keçirəm söyüdün altdan,
Budaq dilə gəlir, yarpaq səsləyir.

Torpağam, torpağa qarışmışmamışam,
Nə vaxtsa torpağa çevrilməliyəm.
Yarpağam, yarpağa qarışmamışam,
Nə vaxtsa yarpağa çevrilməliyəm.

Nəfəsim ətridir çəmənin, düzün,
Mən bu torpağınam, bu torpaq mənim.
Dünyadan getməyim yenə də bir gün
Dünyaya gəlməyim olacaq mənim.

Yerdən bitəcəyəm təzə ot kimi,
O günlər uzaqdır,eh çox uzaqdır.
Bəlkə bir salxımım bu söyüd kimi,
Kiminsə çiyninə toxunacaqdır.

Hər yaş bir ömürdür... uzun, ya qısa,
Küləyin qanadı, yelin səsiyəm.
Mən hansı bostana, hansı bağasa,
Bir vaxt güllə kimi səpiləcəyəm.

Demə silinəcək keçdiyim yol, iz,
Əbədi yaşayan dünyada nədir?
Bəlkə yüz il sonra çıxacaq filiz,
Ya başqa bir uran hələ məndədir.

Gəzərgi torpağam bu torpaq üstə,
Məndə qərar tutub mənsiz bir aləm.
Dünya zərrələrdən ibarət Ardı »