Bəstəkarlar Və Müğənnilər → Mario del Monako
Mario del Monako (it. Mario del Monaco; 27 iyul 1915 – 16 oktyabr 1982) — italyan opera müğənnisi — tenor. Bir çox musiqişünaslar tərəfindən XX əsrin sonuncu və ən mahir dramatik tenorlarından (it. di forza) biri hesab edilir. Cüzeppe di Stefano ilə yanaşı 1950-60-cı illərin ən məşhur italyan tenoru olmuşdur.
[redaktə]
Həyatı
Oxumağa Pezara konservatoriyasında Arturo Melokkinin yanında başlamışdır. Müxtəlif məlumatlara görə 1939-1941-ci illər arasında səhnəyə çıxmağa başlamışdır. 1943-cü ildən Milanda "La Skala" teatrında çıxış etməyə başlamış, 1946-cı ildən Londonun "Kovent Qarden" teatrında, 1957-1959-cu illərdə isə Nyu-Yorkdakı məşhur "Metropoliten-opera"da çıxış etmişdir. 1959-cu ildə SSRİ-yə qastrola gəlmiş və Böyük Teatrda Jorj Bizenin "Karmen" operasında Xose Ardı »