Bəstəkarlar Və Müğənnilər → Zahid Quliyev
Quliyev Zahid Abdulla oğlu — azərbaycanlı müğənni.
[redaktə]
Həyatı
Zahid Quliyev 1961-ci ildə Cəbrayıl rayonunun Söyüdlü kəndində dünyaya gəlmişdir. Qarabağ muğam ənənələrinin davamçısı olmuşdur. Atası Aşıq Abdulla Qarabağın məşhur aşıqlarından idi, dastanları və muğamları böyük məharətlə ifa edirdi.
Professional musiqi təhsilini Zahid Quliyev Bakıda almış, 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbi-ni bitirmişdir. Sahib Şükürov , Nəriman Əliyev , Hacıbaba Hüseynov kimi muğam ustadlarından dərs almışdır. Həmin ildə o, Cabbar Qaryağdıoğlu adına respublika musabiqəsində II yerə layiq görülmüşdür.
1986-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Zahid Quliyev, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovdan (kamança) ibarət Cabbar Qaryağdıoğlu adına muğam triosu yaradılır. Onlar konsert proqramları ilə dünyanın bir çox ölkələrində Ardı »