Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəstəkarlar Və MüğənnilərXuraman Qasımova

Xuraman Qasımova – Müğənni. Aktrisa. Filmlərdə və arxiv kadrlarda iştirak edən.Həyatı

Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1976 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I-ci mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Ardı »

Bəstəkarlar Və Müğənnilərİsfəndiyar Qarabaği

Doktor İsfəndiyar Qarabaği-Cənubi Azərbaycanlı müğənni.1942-ci ildə Təbrizin Qarabağlılar məhəlləsində dünyaya gəlibdir.O, İtaliyada musiqi sahəsində təhsil alıb.O, Traktorsazi futbol klubunun rəsmi mahnısının müğənnisidir Ardı »

Bəstəkarlar Və MüğənnilərAtiye

Atiyə Dəniz (d. 22 noyabr, 1988; Bremen, Almaniya) — türk-holland milliyətli müğənni və bəstəkar.Mündəricat [gizlə]
1 Həyat və Karyerası
2 Diskoqrafiya
3 Klipləri
4 Mənbə

[redaktə]
Həyat və Karyerası

Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir.

Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" Ardı »

Bəstəkarlar Və MüğənnilərYeganə Mürsəlova

Yeganə Akbudak (Mürsəlova) - Azərbaycan müğənnisi.Mündəricat [gizlə]
1 Həyatı
2 Diskoqrafiya
3 Xarici keçidlər
4 Mənbə

[redaktə]
Həyatı

1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır.

Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir. 2010-cu ildə Türkiyə vətəndaşı Fatih Akbudak ilə ailə həyatı qurmuşdur.[1]
[redaktə]
Diskoqrafiya
Ay Bu Başıma Gelenler
Aramızda
Sәnmisәn
Selә Döndü
İstәmirәm
Sevәrmisin
Ardı »

Bəstəkarlar Və MüğənnilərRəhilə Cabbarova

Müğənni. Aktrisa. Filmlərdə mahnı ifa edən.
[redaktə]
Həyatı

Messosoprano səsli müğənni əməkdar artist olub (1958). Səhnə məlahəti, təravətli səsi və psixoloji ifası ilə seçilib. Teatrda Xanəndə qız ("Koroğlu"), Gülüş ("Sevil"), Maşo ("Bahadır və Sona"), Malika ("Lakme", Leo Delib), Konçarovna ("Knyaz Iqor"), Maddalena, Flora Bervua, Azuçena ("Riqoletto", "Traviata" və "Trubadur"), İrina ("İnsanın taleyi"), Suziki ("Çio Çio San", Cakomo Puççini), Amneris ("Aida", Jorj Bize), Polina və Mlovzora ("Qaratoxmaq qadın", Pyotr Çaykovski), Lyubaşa ("Çar gəlini", Nikolay Rimski- Korsakov), Nano ("Daisi", Zaxari Paliaşvili) partiyalarını oxuyub.
[redaktə]
Filmoqrafiya
Kölgələr sürünür (film, 1958)
Sevil (film, 1970) Ardı »

Bəstəkarlar Və MüğənnilərFidan Qasımova

Fidan Qasımova – Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1984).

Həyatı

Qasımova Fidan Əkrəm qızı (d. 17.6.1947, Bakı) – Azərbaycan Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirmişdir, İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir. 1974 ildən Azərb. Opera və Balet Teatrının solistidir.
[redaktə]
Yaradıcılığı

Partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san", C.Puççini), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Ardı »

Bəstəkarlar Və MüğənnilərLüdviq van Bethoven

Lüdviq van Bethoven (Ludwig van Beethoven) (17 dekabr 1770 – 26 mart 1827) – dahi alman bəstəkarı.

Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.

Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra Ardı »

Bəstəkarlar Və MüğənnilərSuada Ələkbərova

Suada Ələkbərova — 2012-ci ildə Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək iştirakçı.
[redaktə]
Həyatı

Suadanın 11 yaşı var. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının yetirməsidir. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: “Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı”.
Ardı »