Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəstəkarlar Və MüğənnilərNelli Çobanu

Nelly Çobanu – moldovalı müğənni.
[redaktə]
Həyatı

Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrky şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur. Ardı »

Bəstəkarlar Və MüğənnilərRaziyyə Şirinova

Raziyyə Şirinova – Müğənni. Aktrisa. Filmlərdə iştirak edən.
[redaktə]
Həyatı

R.Şirinova 1962-64-cü illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

Hələ tələbə ikən «Lalə» qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür.

1980-cı ildə R.Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – «Əsli və Kərəm»də Əsli, «Aşıq Qərib»də Şahsənəm, «Şah İsmayıl»da Ərəbzəngi, «Gəlin qayası»nda Tutu , Əmi qızı, «Leyli və Ardı »

Bəstəkarlar Və MüğənnilərSürreal

Sürreal (açıqlaması - sürrealizm fəlsəfəsinin kökü ilə bağlıdır) — 2009-cu ildə yaradılmış Azərbaycan qrupu.Mündəricat [gizlə]
1 Qrup haqqında
2 Qrup üzvləri
3 Konsertlər
4 Diskoqrafiya
4.1 Studiya Albomları
5 Xarici keçidlər

[redaktə]
Qrup haqqında

Sürreal iki nəfərdən ibarət rep qrupudur. 2009-cu ildə yaradılan bu qrupun məqsədi, repin təkcə söyüşdən ibarət olmadığını insanlara çatdırmaq, yaşından, cinsindən, dinindən, irqindən asılı olmayaraq hər bir kəsdə repə maraq yaratmaqdır. Sürreal adı altında yazılan ilk trek 2009-cu ildə Soyuq Sətirlər treki olmuşdur. Bu trek ilk albomun işlənməsinə təkanverici qüvvə olur. Bununla da albom üzərində çox ciddi işlər gedir.
[redaktə]
Qrup üzvləri

Melaman — Elnur Əzizov
Elrock — Orxan Hacıyev
[redaktə]
Konsertlər

Qrupun ilk konserti 29 may 2010-cu ildə Elite Ardı »

Bəstəkarlar Və MüğənnilərMəryəm Şabanova

Məryəm Şabanova (d. 2 iyun 1985, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı.
[redaktə]
Karyerası

Məryəm 1985-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır.

2006-cı ildə Məryəm ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır. 2012-ci ildə isə onun ikinci oğlu - David dünyaya gəlib[1].

2009-cu ildə Məryəm Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçim turlarına qoşulur. [2] 2 fevralda keçirilən Ardı »

Bəstəkarlar Və MüğənnilərMaykl Cekson

Maykl Cozef Cekson (Michael Joseph Jackson, 29 avqust 1958, Qari, İndiana — 25 iyun 2009, Los-Anceles, Kaliforniya) — amerikalı pop müğənisi, rəqqas, mahnılar müəllifi, filantrop. Pop Kralı (ing. King Of Pop) kimi bilinirdi. 13 Qremmi və s. mükafatların sahibi. 13 dəfə Ginnesin rekordlar Kitabına yazdırılıb; dünyada satılıb albomların kapyaların sayı 750 milliondan çoxdur. Uşaq yaşlarından "Jackson 5" qrupunun üzvü kimi tanınmış, sonradan solo artisti kimi şöhrət qazanmışdır.

1958-ci il 29 avqustda İndiana ştatının Qari şəhərində anadan olmuşdur. Onun müvəffəqiyyətli karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı demək olar ki, 40 il pop mədəniyyətinin bir hissəsi olmuşdur.

2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil Ardı »

Bəstəkarlar Və MüğənnilərÜlviyyə Rəhimova

Ülviyyə Rəhimova (d. 2 avqust 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni.

Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib, həmin illərdə "Bəri-Bax" qrupun tərkibində müxtəlif müsabiqələr və festivallar iştirakçısı olub.[1] 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün 2 fevralda keçiriləcək yarımfinal mərhələsində "İn Love" mahnısı ilə yarışıb.[2][3] Lakin finala çıxa bilməyib.[4]

Müğənninin toyu 2010-cu il sentyabrın 25-i Bakının şadlıq saraylarından birində baş tutub. Ülviyyə caz ifaçısı Ceyk Cons adlı əcnəbi şəxslə ailə həyatı qurub[ Ardı »

Bəstəkarlar Və MüğənnilərNatiq Şirinov

Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar.Mündəricat [gizlə]
1 Həyatı
2 Avroviziya 2012
3 Diskoqrafiya
4 Filmoqrafiya
5 İstinadlar
6 Xarici keçidlər

[redaktə]
Həyatı

Natiq Bahadur oğlu Şirinov 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Göyçə mahalındandır. Orta təhsilini 1993-cü ildə bitirib. 1985-1989-cu illərdə indiki Tofiq İsmayılov adına musiqi məktəbində ustadı Azər Əliyevdən dərs almış, eləcə də 6 saylı musiqi məktəbində təhsil almışdır. Kiçik yaşlarından "Cücələrim" ansamblı ilə keçmiş SSRİ-nin bir çox şəhərlərində qastrolda olmuşdur.

1993-cü ildən etibarən professional sənətə qədəm qoymuş və bir çox sənətkarlarla işləmişdir. 1999-cu ildə Alim Qasımov tərəfindən birgə işləməyə dəvət almış və Azərbaycan muğamında ilk dəfə "Üçlük"lə bərabər nağara sənəti fəaliyyət göstərmişdir. Alim Qasımovu müşayiət Ardı »

Bəstəkarlar Və MüğənnilərAğaxan Abdullayev

[color=#f82e00]Xanəndə
[redaktə]
Həyatı

Abdullayev Ağaxan 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır.

1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil almışdır.

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Ardı »