İqtisadiyyat ve dunya iqtisadiyyatcilari → Royal Bank
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv edilmişdir.
Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir.
25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Ardı »