Gəncədə sikkə zərbi və pul dövriyyəsi
Son illərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində, dəfinə və tək şəkildə aşkar edilmiş numizmatik materialların analizi Azərbaycan ərazisində pul dövriyyəsinin e.ə. VII-VI əsrlərdə meydana çıxması təsdiq edir. B.e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodotun (b.e.ə. 485-425-ci illər) məlumatına görə, Əhəməni şahları Atropatenadan hər il 650 talat vergi yığırdılar. I Daradan başlayaraq Əhəməni şahları öz adlarından qızıl dariklər, satraplar isə onların adından gümüş sikkələr zərb edirdilər. Əhəməni sikkələri Cənubi Azərbaycan və Gürcüstan ərazisində aşkar edilsə də, bu vaxta qədər Azərbaycan Respublikası ərazisində əhəməni sikkələrinin aşkarlanması rəsmi qeydiyyata alınmamışdır.
Y.A.Paxomovun fikrincə, Albaniya ərazisində pul dövriyyəsi e.ə. III əsrin əvvəllərində meydana Ardı »