Sevgi mesajları → Gecə Və Gündüz
Otağımın qapısını bağladım məni sıxan dünyadan uzaqlaşmaq üçün,amma posterlər asılmış divarlarda xilas edə bilmədi məni. Daha çox sıxılmağa başladım, ürəyimi sıxan dərd bir tərəfdən, insanların sürünərək "yaşamağı" bir tərəfdən sıxırdı məni. kiminləsə söhbət etməliydim. divarlara baxdım, sonra tavana, döşəməyə, sonra birdə divarlara... şəkillərlə danışmaq istədim...
- Salam. Necəsən? mən çox pisəm. çünki pəncərəmdən gələn işıq bəs etmir. otağımın pəncərəsini demirəm. ümumilikdə, öz dünyama düşən işığı deyirəm... hmm
Yox, alınmır, şəkillər məni dinləmək istəmir. Dinləsələrdə başa düşməyəcəklər, daima gülümsəyən bir şəkil hönkürtü ilə ağlamaq istəyən bir insanı necə başa düşsün axı? Öz-özümə danışmağıda yoxlamışam. Özümdə başa düməmişəm nə dediyimi. Başa düşsəydim sıxılmazdım həmdə. Pəncərəyə Ardı »