Baxma gözlərimə, gözlərimə baxma…
Donmuş ruhun içində qıy cəkmiş çağlayan
dənizlərin, fırtınaların iniltisini görürəm...
Gözlərimə baxma....
Çək gözlərini gözumdən, təaqəti yetmir
inildəyən ürəyin baxışını izləməyə...
Mən cəkə bilmirəm, yerindən oynada
bilmirəm heykəl olmuş göz bəbəylərimi....
Nəyin ki, üzümü cevirib gedə bilim...
Sən ki bunu bacarırsan.... Ey gözlərini
mənə tikmiş gözlərimin sahibi....
Çək gözlərini gözümdən, qoy bu yoluma
davam edim...
Gözlərimə tikilmiş, bir cüt gözə arxa dönüb
onları tərk edə bilim...
Səssiz eşidirəm gözlərindən
sözlərini....daxilində nə baş verir mən
görürəm gözlərini...
Nə olar...Ey gözlərini mənə tikmiş gizli
eşqin sahibi, cək gözlərini....
Poz bu sükutu, poz bu xəyalları, poz bu
göydən yerə nur tək yağan gözə görünməz
yağışları, leysanları...
Çək gözlərini gözümdən, qoy qıy cəkmiş
ağlaq təbiət öz səadətinə qovuşsun...
Çək gözlərini gözümdən, dənizlər ləpələrlə
ovunsun....
Çək gözlərini, baxma gözlərimə, Ardı »