Sevgi varmı? → Sərxoşun Ağlı
Belə nağıl eyləyirlər,
Çox keçmişdən söyləyirlər:
– Əhli-kef bir sərxoş varmış,
Hər gün içib keyf alarmış.
Bunun haram olduğunu
Dərk eyləyib anlamazmış,
Ya da bunu anlamağa
Onda həvəs, istək yoxmuş.
Təsadüfən necə olmuş,
Bir gün gəlmiş bu ağlına.
İlyas bin Müaviyənin
Gedib girmiş o, yanına.
Salam-əleyk edən kimin,
Belə sual vermiş ona:
– Ey əfəndim, həzrət İlyas!
Əgər üzüm yesəm bir az
Mənə ziyan o verərmi?
Ya qarnımı göynədərmi?
Cavab verdi həzrət İlyas:
– Ondan ziyan heç vaxt olmaz!
– Mən üzümdən sonra bir az
Yesəm əgər maya otu,
Varmı onun bir qorxusu? Ardı »