Sevgi varmı? → Hamisini Yaz.....
Nə yazacağını bilmədən qoyarsan qabağına qələm və kağızını. Bu dəfə də hislərini yazacaqsan! Nə düşünürsənsə eləcə onları. Son görüşdə əslində başını dik tutaraq ayrılıqla razılaşmaq əvəzinə ürəyində ayrılmaq istəmədiyin üçün ağladığını yazarsan.Göz yaşlarını gizlədərsən kipriklərin arxasında,əslində onları durduran olmasaydı dayanmazdılar bəlkə də… Susmaq əvəzinə danışmaq istədiyini yazarsan,Onu Sevdiyini demək,Həyatında çox şeyi Ona görə Onun üçün gözə aldığını yazarsan… 2illik münasibəti beləcə bitirmək istəmədiyinideyərsən… Axı heç birini deyə bilməmişdin… Onu əvəz edəcək heç kimi axtarmaq istəmədiyini, Onun dünyan olduğunu deyərsən…
Beləcə Nöqtələri düzərsən cümlələrin sonuna… Tanışlığınızda inanmadığınız sevginin başınıza gəldiyi üçün xoşbəxt olduğunu deməyə cürətin çatmaz.Hirsini,qəzəbini boğa bilmərsən.Onunla yaşadığın günlər üçün darıxacağını Ardı »