Sevgi varmı? → Mən Bilirəm
İnsanı ən çox incidən şey söyləmək istəyib də söyləmədiyin sözlərdi … Sənə söyləmədiyim hər bir söz, acı bir dərddi mənə… Sənə hər baxdığımda gözlərimin gözlərində qaldığını, səsini hər duyduğumda qəlbimin qəfəsdə olan bir quş tək çırpındığını … məni məndən aldığını … söyləyəmədim… Qaçmaq istədim səndən, sənin gözlərindən, sənin səsindən buraxmadın… Xəbərin belə olmadan saxladın məni, bilmədən acılar verdin mənə, bilmədən … öldürdün…
Sənin yanında olmaq istərkən, sənə baxmaq, səninlə danışmaq istərkən … sənə hər kəsdən doğma olacağım halda, hər kəsdən ögeyəm … bilirəm bu ögeyliyi, bu soyuqluğu mən yarattım, mən dua ettim Tanrıya məni unudasan deyə, başqa biri ilə xoşbəxt yaşayasan deyə… Ardı »