Sevgi varmı? → Bitməyən Nağıl
Bir kişi günah işlətdiyinə görə mələklər onu cəzalandırırlar.Cəzası da ölümsüzlük olur.Kişi ölmür.Həmişə cavan qalır.Bu ilk baxışdan əla görünə bilər. Amma təsəvvür edin ki,kişinin sevgilisi olur.Sonra sevgilisinin qocalmağını görür.Gözünün qarşısında uşaqları ölür. Kişi nəvəsinin nəvəsinə aşiq olur.Evlənir.Sonra o da qocalır.Bunu görəndə başqa şəhərə qaçır.Orada da ailə qurur.Dostlar tapır.Amma hamısı bir gün məhf olub gedir.Onda kişi dövlətinə,vətəninə xidmət eləməyə başlayır.Amma illər ötür,sərhədlər dəyişir,yeni millətlər əmələ gəlir,yeni dövlətlər qurulur.300 il ərzində kişinin 15 vətəni olur.Günün birində kişi özünü öldürmək istəyir.Amma ölə bilmir.Başlayır özü kimi ölümsüzləri axtarmağa.500il,1000 il keçir,heç kimi tapmır.Tək-tənha qalır.Bu illər ərzində o qədər bilik toplayır ki,artıq insanlarla da ünsiyyətə girə bilmir.Çünki 50 Ardı »