Sevgi varmı? → Uc Sari Gul
Əslində supermarketə alış-veriş üçün
girməmişdim. Artıq bir həftə idi ki, 37
illik həyat yoldaşımı - Cavadı
itirmişdim. Bu supermarketdə onunla
birlikdə çox gözəl anlar yaşamışdıq.
Başım alış-verişə qarışanda o, qəflətən yoxa çıxırdı. Hara getdiyini
bilirdim. Həmişə də əlində üç sarı gül
ilə geri qayıdırdı. O, sarı gülləri çox
sevdiyimi bilirdi. Hər dəfə o gülləri
mənə uzadanda, onları ilk dəfə
alırmış kimi həyəcanlanırdım... Marketin rəflərindən bir neçə şey
alıb, səbətə qoydum. Birnəfərlik alış-
veriş etməyin nə qədər çətin olduğunu
anlamışdım. Onun nədən xoşlandığını
yaxşı bildiyim üçün öz istəklərimi də
ona uyğunlaşdırıb, alış-veriş edirdim. Ancaq indi o yox idi. Sanki öz
istəklərim də yadımdan çıxmışdı. Nə
alacağımı fikirləşə-fikirləşə ət satılan
bölmənin qarşısına gəldim. Bu vaxt
sarışın və qəşəng bir qadın da həmin
bölməyə Ardı »