Sevgi varmı? → Tenha Xanima Gece Oxusu.Kawwehin Taleyi 2.Noyabr 2
Xoruz döyüşləri adətən şənbə günləri günortaçağı, yay aylarında isə gün əyiləndən sonra, axşamüstü başlayırdı və həmin unudulmaz şənbə günü də İbad dayı axşama yaxın hava nisbətən sərinləyəndə kənd bazarının arxasındakı sahədə hazırlıq işlərini görməyə başladı.
Gödəkboy, tosmaraq, amma çox cəld bir adam olan İbad dayı bazarın gecə gözətçisi idi və bazarın arxasındakı o sahənin bu kişiyə heç bir dəxliyyatı olmasa da, özü-özünü «yer sahibi» təyin etmişdi ki, bu da «ev sahibi» kimi bir şey idi: döyüş meydanını hazırlayırdı, tamaşaçıların hər birindən əlli qəpikdən tutmuş bir manatacan «yer pulu» yığırdı, eləcə də mərc edənlərin pulunu yığırdı və mərci udan xoruz Ardı »