Sevgi varmı? → Tenha Xanima Gece Oxusu...Gulumseyen Qiz..10dekabr
Başdaşlarının arasına çökən bürkü onu əldən salır, istidən öləzimiş yovşanların tünd, acı qoxusu başını gicəlləndirirdi, yovşanların belə tünd qoxuyacaqlarını təsəvvür eləməzdi. Balıqqulağı, göbələk bitirmiş, yağışdan, günəşdən bozarmış daş hasar günəşin yandırıcı şüalarından qorumasaydı, ayaq üstə qala bilməz, yıxılardı.
Etinasız baxışlarla ətrafı nəzərdən keçirirdi, bir az aralıdakı qara mərmərdən yonulmuş başdaşının üzərində cavan qız şəkli var idi, qız olduqca gözəl idi, gur saçları, baxışlarında ilğımlanan fani dünyanın iztirabları, həsrət onu daha da gözəl göstərirdi. Belə gözəl qızın dünyasını tez dəyişməsinə heyfisləndi, görəsən nəymiş ölümünün səbəbi, bir vaxtlar gəzirmiş, gülürmüş, dünyaya gözəllik, fərəh səpirmiş. İndisə bürküdən boğulan qəbrstanlıqda uyuyurdu. Ardı »