Sevgi varmı? → Ayrılıqdan Qorxmaq, Ya Da Qovuşa Bilməmək
Həyatı qorxaraq yaşamaqdır ayrılıq. İlk başda təklik duyğusuna qapılır və ən sonunda qorxuyla yaşamağa başlayarsan. Və qorxuyla da davam edərsən. Əvvəl onsuz ola bilməyəcəyini hiss etməyə başlayarsan. Bu da ayrılıq qorxusunun ilk göstəricisi olar. Sonra gördüyün bütün gözəllikdə, danışdığın hər insanda, toxunduğun bütün əşyada və hətta gəzdiyin hər küçədə onu axtararsan. Qarşındakı insanın onun kimi olmasını gözləyərsən. Və ümidlərin boşa çıxınca yavaş-yavaş insanlardan soyumağa başlayarsan. "Görəsən bir xəbər gələcəkmi" ümidiylə onu düşünməkdən başqa bir şey edə bilməzsən, ya da köhnə xatirələrə dalıb zamanın sürətlə axdığının fərqinə vararsan... Və ən sonunda içini gəmirən suallarla həyatı yaşamağa çalışarsan. "O da məni tərk edəcəkmi? Ardı »