Sevgi varmı? → SEN Kiwisen(azeri Kiwilerine Oxumaq Qadagandir)
Sən arvada əziyyət vermirsən ki?!
Sən evə gəlirsən,
Uzanırsan divanda
Şellənirsən o yan, bu yanda.
Arvad isə mətbəxdə
Eşələnir qabyuyanda.
Sən arvada işləməy i qadağan etmirsən ki?!
Arvad da işə gedir, sən də.
O işdən gələn kimi yemək bişirir
Sənin qarnını şişirir.
Sonra süfrəni təmizləyir
Sənin qabağından qalanları yeyir.
Gecə yorğun-arğın altına uzanır.
Sənin ehtirasın yanır
O isə fikrə dalır,
Yatmaq istəyir
Çünki səhər 8 saatlıq iş günün ardınca
Ev k öləliyini yadına salınca.
Seksdən də ləzzət alammır
Sənin vəhşiliyini qanmır.
Sən işləyirsən 8 saat
Sonra gəl ye, iç, seks və yat.
Arvad isə 8 saat vəzifədədir,
İctimai nəqliyyatda düşüklərin atmacaları ilə
Didişmədədir.
Gecələr kobud bədəninin altındadır.
Yatanda da yanındadır.
Ya da biş-düşdədir
Yəni 24 saat işdədir.
Sən qız uşağına nifrət etmirsən ki?!
Qızı ilk elçilikdən ərə verirsən,
"Qız yükü – duz Ardı »